Yuxarı

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraqdar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.

Bildirilib ki, "Baykar" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, həyata keçirilən birgə layihələr iki ölkə arasında mövcud tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Tərəflər görüş zamanı hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2026.07.09 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla