Yuxarı

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

Əvvəldən bəlli idi ki, atəşkəs kövrəkdir, sülh mümkün deyil. Ortaya qoyulan 14 bəndlik sənəddə elə ciddi bəndlər var idi ki, həm İranın, həm də Amerikanın yerinə yetirməsi problemli görünürdü. Məsələn, ABŞ təzminat ödəməli idi. Amerika heç vaxt təzminat ödəməz. Hörmüz boğazı ilə bağlı məsələ də aydın deyildi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu ABŞ və İran arasında atəşkəsin yenidən pozulmasını şərh edərkən deyib.

“İran Hörmüzə nəzarət etmək iddiası ilə gəmilərə zərbə endirdi. Amerika da böyük dövlət kimi buna seyrçi qala bilməzdi. Cavab addımları atdılar və vəziyyət yenidən gərginləşdi”, - o bildirib.

Politoloq qeyd edib ki, böyük müharibənin başlayacağını ehtimal etmir:

“Amma belə lokal toqquşmaların davam edəcəyini düşünmək olar. Çünki İran Hörmüz boğazı məsələsində geri çəkilmir”.

Politoloq xatırladıb ki, müharibədən əvvəl Hörmüz boğazı adında problem yox idi:

“Bütün gəmilər rahat şəkildə boğazdan keçirdi, neft və mayeləşdirilmiş qaz daşınırdı. Problem ondadır ki, İran ona aid olmayan sularda hərəkət edən tankerlərə də zərbələr endirir. Məsələn, Hörmüz boğazının iki sahili var - biri İran, digəri Oman tərəfidir. Tankerlərin çoxu Oman sahillərinə yaxın sulardan keçməyə çalışır. İran isə onlara da hücum edir. Bu da Amerikanı qıcıqlandırır. Nəticədə ABŞ cavab zərbələri endirir”.

Elxan Şahinoğlu bundan sonra yenidən atəşkəs olacağına inanmır:

“Yəni atəşkəs elan olunsa belə, yenə də tez pozulacaq. İranda bu rejim xarici siyasətini dəyişmədiyi müddətdə vəziyyət fərqli olmayacaq. Biz bunu öz nümunəmizdə də gördük. Azərbaycan olaraq biz qonşu dövlətdə müharibənin əleyhinə idik. Heç bir üçüncü dövlətə öz ərazimizdən istifadə etməyə imkan vermədik. Amma buna baxmayaraq, bizə də dron atdılar.

Yəni İranda qərarların necə verildiyi tam aydın deyil. Ali dini lider var, ya yox, bilinmir. SEPAH-ın bir sıra generalları da qərarlara ciddi təsir göstərirlər. Görünür, onlar ABŞ ilə atəşkəsdə o qədər də maraqlı deyillər.

Ölkə iqtisadiyyatını daha çox prezident düşünür. Amma İranda prezidentin səlahiyyətləri o qədər də geniş deyil”.

Tarix
2026.07.09 / 12:41
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla