Yuxarı

Rəisinin qəzası: hansı ölkələr necə reaksiya verdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəisinin qəzası: hansı ölkələr necə reaksiya verdi?

Xəbər verdiyimiz kimi, 19 mayda İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın olduğu helikopter Şərqi Azərbaycan vilayətində qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, qəza dağlıq və meşəlik ərazidə baş verdiyi üçün axtarış-xilasetmə işlərində ciddi çətinlik yaranıb. Belə ki, helikopterləri axtarışa cəlb etmək mümkün olmayıb, yalnız xilasedici qruplar cəlb edilib.

Qəzadan dərhal sonra ilk reaksiya verən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan Prezidenti Əliyev rəsmi səhifəsindən hadisədən üzüldüyünü və hər cür yardıma hazır olduğunu bildirib.

Daha sonra Türkiyə eyni mövqe sərgiləyib və İran XİN-in xahişinə anında reaksiya verərək, gecə axtarışı aparmağa imkan verən helikopterlə xilasedici qrup və alpinistlər göndərib.

AB öz peyk sistemindən İran prezidentinin helikopterinin axtarışına kömək etmək üçün istifadə etməyə başlayıb.

İraq xilasedici qruplar yaradıb və göndərməyə hazır olduğunu elan edib.

Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Suriya, Yəmən, Qətər, Hindistan, Küveyt, Pakistan, İordaniya vəs ölkələr də yardım təklif edib, Misir, Kuba, Venesuela kimi ölkələr isə narahatlıqlarını ifadə ediblər.

ABŞ, AB, İtaliya və s. prosesi “diqqətlə izlədiklərini” bildiriblər.

Tarix
2024.05.20 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla