Yuxarı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam.

Axar.az xəbər verir ki, bunu Azərtac-a Tacikistanın Azərbaycandakı səfiri İlham Əbdürrəhman deyib.

O bildirib ki, şəhərin memarlığı, yeni binalar, abadlaşdırılmış infrastruktur və aparılan bərpa işləri onda böyük təəssürat yaradıb.

“Bu gün hətta həyat yoldaşımla burada daha çox qalmaq və Şuşada olmağımızdan daha çox zövq almaq üçün nə edə biləcəyimizi planlaşdırdıq. Hava möhtəşəmdir, memarlıq və yeni binalar bizi çox heyran etdi”, - deyə diplomat bildirib.

O, həmçinin şəhərdə aparılan bərpa işlərinin əhəmiyyətini qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ regionunun inkişafındakı xidmətlərini vurğulayıb.

“Bu, Prezident İlham Əliyevin böyük xidmətidir. O, bu regionun inkişafına böyük diqqət ayırıb. Hər səfərim zamanı yeni dəyişikliklərin şahidi oluram”, - deyə İ.Əbdürrəhman vurğulayıb.

Səfir, həmçinin ümidvar olduğunu bildirib ki, Qarabağ sakinləri onlar üçün yaradılmış şəraitdən istifadə edəcək və bərpa edilmiş şəhərlərdə məmnuniyyətlə yaşayacaqlar.

“Bu gün Şuşada tikilməkdə olan yeni məscidi də gördük. Biz onun açılışında məmnuniyyətlə iştirak edəcəyik. Düşünürəm ki, hər bir vətəndaş bundan böyük zövq alacaq. Çünki burada təkcə infrastruktur deyil, hər şey yaradılıb. Ona görə də yalnız sevinmək, dövlətə təşəkkür etmək və həyatdan zövq almaq lazımdır”, - deyə diplomat əlavə edib.

Tarix
2026.09.12 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla