Yuxarı

26 mərtəbəli bina cəmi 120 saata tikildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
26 mərtəbəli bina cəmi 120 saata tikildi - Video

Çində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binasının tikintisi cəmi 120 saata başa çatdırılıb. Buna paslanmayan poladdan modul tikinti texnologiyasının tətbiqi sayəsində nail olunub.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, “Jingdu Holon” adlanan binanın ümumi sahəsi təxminən 14 min kvadratmetrdir. 26 mərtəbəli bina cəmi 5 gün ərzində quraşdırılıb. Bina Syanin rayonunda yerləşir. Tikinti işləri 2024-cü il yanvarın 7-dən 11-dək aparılıb. Klassik tikinti üsulundan fərqli olaraq, burada yaşayış modulları əvvəlcədən zavodda hazırlanıb, daha sonra tikinti sahəsinə gətirilib. Mənzillər tikinti sahəsinə demək olar ki, tam hazır vəziyyətdə çatdırılıb. Hər modulun uzunluğu təxminən 12 metr, eni 2,4 metr, hündürlüyü isə 3 metrdir.

Modullar zavoddan elektrik, santexnika və kondisioner sistemləri əvvəlcədən quraşdırılmış şəkildə çıxır. Tikinti sahəsində isə təxminən 100 işçi kranların köməyi ilə hazır elementləri birləşdirir. Binanın karkası tam quraşdırıldıqdan sonra su və elektrik şəbəkəsinə qoşulması kifayət edir və bina dərhal istifadəyə hazır vəziyyətə gəlir. Binada dörd lift fəaliyyət göstərir. Mənzillər əvvəlcədən mebellə də təmin olunub. Buna görə sakinlər əlavə təmir və ya tamamlama işlərinə ehtiyac olmadan birbaşa mənzillərə köçə bilirlər. Bina regiona yerli işçi qüvvəsinin cəlb edilməsi proqramı çərçivəsində gələn mütəxəssislər üçün nəzərdə tutulub. Binanı inşa edən “Broad Group Holon” şirkəti tikilinin zəlzələyə davamlı olduğunu və 1000 ildən çox istismar edilə biləcəyini iddia edir.

Xatırladaq ki, 1922-ci ildə amerikalı mühəndis Ellis F. Stenman Massaçusets ştatının Rokport şəhərində yay evi tikməyə başlayıb. Evin karkası, döşəməsi və damı ənənəvi ağac materialından olsa da, mühəndis divarları köhnə qəzetlərdən hazırlayıb. Zamanla eksperiment daha geniş miqyas alıb. Evin tikintisində təxminən 100 min qəzetdən istifadə olunub. Divarların bəzi hissələrində kağız qatlarının sayı 215-ə çatıb.

Stenman əvvəlcə qeyri-adi divarları taxta üzlüklə örtməyi planlaşdırıb. Lakin qəzet qatlarının yapışdırılıb laklanmasından sonra səthin nə qədər möhkəm olduğunu görərək divarları olduğu kimi saxlamağa qərar verib.

Tarix
2026.09.12 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla