Yuxarı

Georgi Baramidze həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Georgi Baramidze həbs olundu

Gürcüstanda vətənə xəyanət və sabotajda ittiham olunan müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Georgi Baramidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, Tiflis Şəhər Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun vəsatəti əsasında qərar qəbul edib.

Qeyd edək ki, Georgi Baramidze ötən gün evində saxlanılıb. Günahının sübuta yetiriləcəyi təqdirdə onu 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, G.Baramidze Mixail Saakaşvilinin prezidentliyi dövründə tanınmış siyasətçilərdən olub. O, 2003-2004-cü illərdə daxili işlər, 2004-cü ildə isə müdafiə naziri vəzifələrində çalışıb. Daha sonra o, Avropa və avrointeqrasiya məsələləri üzrə dövlət naziri, 2006-2012-ci illərdə isə Gürcüstan baş nazirinin müavini postlarını tutub. “Gürcü Arzusu” partiyasının hakimiyyətə gəlməsindən sonra siyasi fəaliyyətini müxalifətdə davam etdirib, 2012-2016-cı illərdə Gürcüstan parlamentinin deputatı olub.

Tarix
2026.09.12 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla