Yuxarı

Rusiyanın yerini Türkiyə dolduracaq, İsrail isə... - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın yerini Türkiyə dolduracaq, İsrail isə... - KİV

Rusiyanın avqustun 9-dan etibarən Hmeymim və Tartus aviabazalarını Suriyaya təhvil verməsi Türkiyə üçün bir növ fürsətə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Eurasia Review” nəşri məlumat yayıb.

Bildirilib ki, NATO mənbələrinə əsasən Tartus iyun ayından bəri boşdur, lakin Rusiya hələ də hərbi əməkdaşlıqdan danışır və bəzi heyətin orada qala biləcəyinə işarə edir.

Moskvanın regionda 55 illik mövcudluğunun azaldığı vurğulanan yazıda İsrailin də narahatlıqları qeyd olunub:

“İsrailin Suriya ilə bağlı hazırkı narahatlıqları ölkənin cənubundakı qoşunlarına qarşı hücumların qarşısını almaq və Türkiyənin onlar üçün təhlükə yarada biləcək hərbi dayaq nöqtəsi əldə etmək cəhdlərinin önünə keçməkdən ibarətdir".

Eyni zamanda vurğulanıb ki, Türkiyə Rusiyanın geri çəkilməsi nəticəsində yaranan boşluğu getdikcə daha çox doldurur:

“Əsəddən sonrakı Suriya hökuməti Türkiyə ilə sıx hərbi əlaqələr qurub və bu, Suriyanın hərbi imkanlarının bərpasına kömək edib”.

Qeyd olunub ki, Rusiyanın Suriyadan və bunun nəticəsində bütün Yaxın Şərqdən faktiki geri çəkilməsi İsrail üçün diplomatik və hərbi baxımdan müsbət bir proses kimi görünsə də, starteji olaraq bu, Türkiyənin təsiri altında olan bir Suriyanın meydana çıxmasını təşviq edir.

Tarix
2026.09.12 / 16:52
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla