Yuxarı

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Latviya Respublikası Parlamentinin sədri Dayqa Mierinyanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonunda olub.

Axar.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə 44 günlük Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə, Merdinli kənd məscidi və Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Qonaqlar sonra Füzuli şəhərinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat veriblər.

Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb və yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşası yekunlaşıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı reallaşıb.

Nümayəndə heyəti Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə də tanış olub və Şuşaya yola düşüb.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət ediblər.

Səfərdən paylaşılmış fotoda Ordumuzun məhv etdiyi “Ohanyan səddi” və zərərsizləşdirilmiş erməni terrorçunun geyimi diqqət çəkir.

Tarix
2024.05.19 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla