Yuxarı

Putinin ən yaxın adamları vuruldu - Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalarla bağlı məlumat yayıb.

Axar.az-ın "Qazeta.ru"ya istinadən xəbərinə görə, yeni siyahıya Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromov və Prezident Vladimir Putinin ən yaxın dostlarından biri, "SMP" bankının Direktorlar Şurasının sədri Arkadi Rotenberqin adları salınıb.

Qeyd edək ki, siyahıya Rusiya prezidentinin başqa bir dostu, "Piter klanı"nın ən fəal üzvlərindən olan biznesmen Yuri Kovalçuk, Konstantin Malofeyev və birincinin rəhbəri olduğu "Rossiya" bankının ən böyük səhmdarı olan Şmarov daxil edilib. Bundan başqa, Avropa Birliyinin tətbiq etdiyi yeni siyahıya "Almaz Antey", "Dobrolyot" aviasiya şirkəti kimi nəhəng konsernlər əlavə edilib. Adı çəkilən sonuncu şirkət Krıma uçuşlar etdiyinə görə köhnə qitənin hədəfinə düşüb.

Məlumatda Krım və Sevastopolda nəqliyyat, telekommunikasiya, energetika, eləcə də neft, qaz, mineral ehtiyatlar sahəsində yeni investisiyaların qoyulmasına qarşı məhdudlaşdırıcı tədbirlərin qəbul olunduğu da qeyd edilib.

Ümumilikdə isə Ukrayna hadisələrinə görə "qara siyahı"ya 95 nəfər və 23 hüquqi şəxs daxildir.

Tarix
2014.07.30 / 23:18
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla