Yuxarı

2018-ci ilə qədər Qafqazın siyasi mühiti dəyişəcək – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ məsələsinin tezliklə həllində maraqlıdır".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, prezidentlərin görüşünün mütləq olduğunu söyləyib:

"Bunun üçün Qərb bu gün aktiv fəaliyyət göstərir. Cənubi Qafqaz Qərbin yeni xəritəsində inkşaf etmiş və münaqişələrin olmadığı bir region olaraq mövcuddur. Hazırda prezidentlərin görüşləri hər hansı köklü bir dəyişikliyə səbəb olmasa da, görüşlərin intensiv olması mütləqdir. Qərb Cənubi Qafqazda 2018-ci ilə qədər siyasi mühiti tamamilə dəyişdirəcək. Bu dəyişiklik əsasən demokratiyanın inkişaf etdiyi, insan haqlarının qorunduğu və azad iqtisadi zonanın mövcud olduğu geniş bir anlayışdır. Məhz Azərbaycan Xarici İşlər nazirinin də "böyük sülh müqaviləsi" deməsi buna işarədir. Qərbin Cənubi Qafqaz layihəsi ilə bağlı hər üç region ölkəsi məlumatlıdır. Qərb bu regionda stabil və güclü dövlətlər görmək istəyir. Bunun üçün hazırda iş gedir. Sadəcə, Rusiya faktoru bu sülhün və həmin böyük layihənin önə çıxmasının qarşısını alır. Lakin mən düşünürəm ki, Rusiyanın nə istədyini baxmayaraq, Qərb bu böyük layihəni həyata keçirəcək".

Tarix
2014.10.21 / 09:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla