Yuxarı

Adı əfvə təqdim edilən tanınmışlar... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konkret hansısa tanınan şəxs haqqında məlumatın verilməsi həm etik deyil, həm də şəxsi məlumatların qorunması haqqında qanuna ziddir.

Bu sözləri Axar.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev əfv üçün müraciət edən tanınmışlar haqda danışarkən deyib.

Əfv Komissiyasının iclasları davam edir və müraciətlər gəlməkdədir. 500-dən çox müraciətə baxılıb ki, bunların içində də müxtəlif növ cinayətlər törətmiş adamlar var. Amma konkret hansısa tanınmış şəxs haqqında məlumatın verilməsi həm etik deyil, həm də şəxsi məlumatların qorunması haqqında qanuna ziddir. Əfv etmək hüququ cənab Prezidentin müstəsna konistitusion səlahiyyətidir. Burada komissiya üzvləri edilən müraciətlərin təşkilatı-texniki tərəfləri ilə bağlı məsələlər üzərində çalışır və yekun rəy cənab Prezidentə təqdim olunur”, - Ə.Nuriyev bildirib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə tanınmış şəxslərin bir çoxunun adından müraciətlərin ünvanladığını bildirib:

“Jurnalistlər, ictimai fəallar, blogerlərin siyahısını əfv olunmaları üçün komissiyaya təqdim etmişik. Üstəlik, bəzilərinin də məhkəmə zalından azad olunması üçün müraciət etmişik. Ümid edirik ki, nəticə olacaq”.

Tarix
2024.05.08 / 15:19
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla