Yuxarı

"Elman Rüstəmov bankları xilas edir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mərkəzi Bankın bu siyasətində məqsəd, əslində, Azərbaycanda maliyyə bazarının təmərküzləşməsinə nail olmaqdır".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Mərkəzi Bankın bankların məcmu kapitalının 50 milyon manata çatdırılması ilə bağlı verilən müddətin uzadılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir çox mütəxəssislər, o cümlədən beynəlxalq təşkilatlar və Dünya Bankı Azərbaycana təklif edir ki, belə kiçik ölkədə 44 bankın olması çox ciddi faktordur və bu, nəzarət imkanlarını çətinləşdirən, bu sektorda bölgünün qarşısını alan, xüsusilə də hökumətin marağında olmayan maliyyə siyasətinə şərait yaradan əsas amildir:

"Başqa bir tərəfdən, məcmu kapital tələbinin 10 milyon manat olması çox azdır ki, bu, bankların rəqabətliliyinə, likvidliyinə mənfi təsir göstərir. Eyni zamanda, inkişafı əngəlləyən əsas amillərdən biridir. Buna görə də Azərbaycan beynəlxalq agentliklərin reytinq cədvəlində aşağı yeri tutur. Mərkəzi Bank tərəfindən qəbul olunan yeni qərar məhz bu məqsədlərə yönəlib. MB qərarın 2015-ci ilin yanvarın 1-də qüvvəyə minməsini təmin edib. Bu günədək güman olunurdu ki, 11 bank öz məcmu kapitalını 50 milyon manat tələbinə uyğunlaşdıra bilməyəcək. Lakin sonrakı 1 il müddətində bəzi banklar bu istiqamətdə ciddi addımlar atdı. Bankların hazırkı maliyyə vəziyyəti onu göstərir ki, yanvar ayının 1-də bu qərar qüvvəyə minərsə, Azərbaycanda 4-5 bankın bağlanma təhlükəsi yaranır. Məsələn, "Azəri-Türk Bank" kapitalını ilin sonunadək 50 milyon manata çatdıracağını bildirib. Dövlət Əmlak Komitəsinin bu maliyyələşməni həyata keçirəcəyi gözlənilir. Mərkəzi Bankın bundan əvvəlki bankların birləşməsi və kredit təşkilatlarına çevrilməsi təklifi isə özünü doğrultmadı".

Ekspert hazırda Mərkəzi Bankın sözügedən banklarla ayrı-ayrılıqda danışıqlar apardığını bildirib:

"Ehtimal olunur ki, hazırda bu banklar problemin həlli üçün Mərkəzi Banka proqram və biznes planları təklif edir. Mərkəzi Bank çalışır ki, bank sektorunda prosesin idarə olunmasında vətəndaş zərər çəkməsin və dövlətin vergi gəlirlərinin azalmasının qarşısı alınsın. Vaxtın uzadılması ilə bağlı qərar isə iki məqsədə xidmət edir. Birincisi, neftin sürətlə ucuzlaşması ilə dövlətin büdcə gəlirlərində yarana biləcək təhlükə dövründə maliyyə sektorundan vergi gəlirlərinin azalmasının qarşısını almaq; ikincisi, bankların məcmu kapitalının tələb olunan limitə çatdırılmasına nail olmaq".

Tarix
2014.11.21 / 13:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla