Yuxarı

Pakistan universitetində Azərbaycan tarixinə xüsusi yer ayrıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda ən böyük ali məktblərindən olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi "Pakistan və Dünya Münasibətləri" adlı yeni dərslik nəşr edib.

Axar.az xəbər verir ki, dərsliyin 6-cı - "Pakistan və Müsəlman dünyasının məsələləri" bölümündə Ermənıstan-Azərbaycan münasibətlərinə 6 səhifəlik yer verilib.

Dağlıq Qarabağın tarixi, məsələnin gələcək perspektivləri, işğal olunmuş Azərbaycan ərazilərində hazırki durum başlıqlı yazılarda problem ətraflı şəkildə işıqlandırılıb.

Yazının müəllifləri professor Fərhad Əkram və doktor Axtar Hüseyn indiki Dağlıq Qarabağ regionunun yerləşdiyi ərazinin tarixi Azərbaycan torpaqları olduğu və Kürəkçay sazişindən sonra Rusiyanın tərkibinə daxil edildiyi qeyd edib.

Həmçinin dərslikdə Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına kütləvi köçü, bu prosesin Rusiya imperatoru İ Nikolayın "Ermənıstan oblastı"nın yaradılması haqqında müvafiq sərəncamından sonra daha da güclənməsi barədə səhih məlumat verilib.

Rus yazıçıları A.Qriboyedov və N. Şavrovdan sitalar gətirilən yazıda Azərbaycanın işğalından sonra on minlərlə erməninin Qarabağ, İrəvan və Naxçıvana köçürülməsi, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni İran və Türkiyədən Azərbaycana yerləşdirilməsi öz əksini tapıb.

Bundan başqa, ermənilərin 1905, 1907 və 1918-ci ilin martında azərbaycanlılara qarşı qətliam törətməsi dolğun şəkildə əks olunub.

Eyni zamanda dərslikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, respublikanın apardığı siyasət, Millətlər Liqası tərəfindən tanınması və Dağlıq Qarabağın Erməni Milli Assambleyası tərəfindən rəsmi olaraq Azərbaycan ərazisi kimi 1919-ci ildə tanınmasından bəhs edilərək mövzu haqqında geniş bilgilər verilib.

Dərsliyin 3.2. bəndində Sovet İttifaqının süqutu ərəfəsində ermənilərin Azərbaycana qarşı torpaq iddiaları qaldırdıqları, Sumqayıt hadisələri və yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından qovulması əks olunub.

Yazının 3.3 bəndində Dağlıq Qarabağ məsələsinin hüquqi statusu haqqında bəhs edilərək bütün beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ və ətrafında olan ərazilərin Azərbaycana məxsusluğu təsdiq edilib. Eyni zamanda bildirilib ki, Ermənistan işğal olunmuş ərazilərə qanunsuz olaraq ermənilərin köçürülməsi haqqında qərar verib. Hətta bununla bağlı sübut kimi bəzi sənədlər də göstərilib.

BMT-nın Baş Assambleyasının 29.10.2004 tarixində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı layihəni 59-cu sessiyası iclasının gündəliyinə daxil etməsi, 11.11.2004-cü ildə isə BMT-nin Baş Assambleyasına əhalinin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi haqqında hesabatı, eyni zamanda, ATƏT-in fakt araşdırıcı missiyasının (FAM) işğal olunmuş torpaqlara səfəri zamanı erməni əhalisinin qanunsuz olaraq işğal olunmuş torpaqlara köçürülməsi dərslikdə vurğulanan əsas məqamlardan biridir.

Dərslikdə BMT Baş Assamleyasının 07.09.2006–cı il tarixli A/RES/60/285 və 14.03.2008–cu il tarixli A/RES/62/243 saylı qətnamələri haqqında, ATƏT-in FAM-nın 4-12 oktyabr 2006-ci ildə keçirtdiyi monitorinq zamanı işğal olunmuş ərazilərdə "yanğınların ətraf mühitə və iqtisadiyyata ziyan vurduğu həmçinin insan səhhəti və təhlükəsizliyinə təhlükə yaratdığını" faktını təsdiqləməsi geniş şəkildə işıqlandırılıb.

Kitabda Ermənıstanın beynəlxalq hüquq normalarına məhəl qoymadığı, işğalçı siyasətini davam etdirdiyi bildirilərək, Azərbaycanın işğalın nəticələrini qəbul etmədiyi, işğal altında olan torpaqlarını azad etmək hüququnu özündə saxladığı bir daha qeyd olunub.

Məlumat üçün bildirək ki, Allama İqbal Açıq Universitetinin mərkəzi ofisi İslamabad şəhərində yerləşir. Eyni zamanda universitetin Lahor, Fəysəlabad, Multan, Karaçi, Peşəvar, Abbotabad, Bahavalpur, Sialkot, Sarqodha, Ravalpindi, Peşavar, Mərdan, Dera İslmail Xan, Kvetta, Heydərabad, Sakkar , Dera Qazi Xan, Sadiqabad, Ceylum, Attak və digər şəhərlərində tədris mərkəzləri və filialları fəaliyyət göstərir.

Tarix
2014.11.26 / 15:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla