Yuxarı

Belarus Avrasiya Birliyindən çıxsa... – Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avrasiya İqtisadi Birliyi səmərəli olmayan bir ittifaqdır. Müəyyən güzəştlərin olmasına baxmayaraq, bu birliyin heç bir perspektivi yoxdur".

Bunu Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev Belarus prezidentinin Avrasiya İqtisadi Birliyindən çıxa bilməsi xəbərdarlığına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Belarus bu birlikdən çıxarsa bu onun fəaliyyətinə mənfi təsir göstərə bilər:

"Əgər Belarus bu birlikdən çıxsa, onsuz da işləməyən bir qurumun gələcəyini daha da sual altına qoymuş olacaq. Digər ölkələrin də bu birlikdə iştirakının elə bir əhəmiyyəti olmayacaq".

İqtisadçı bildirib ki, bu birlik iqtisadi maraqlardan daha çox siyasi maraqlara hesablanmış bir qurumdur:

"Bu, əsasən, Rusiyanın güzəştləri üzərində qurulmuş bir birlikdir. Sərhəddən keçəndə xarici pasportun tələb olunmaması və bir sıra gömrük güzəştləri ilə Rusiya bundan siyasi maraqları üçün istifadə edir".

S.Əliyev qeyd edib ki, Azərbaycanın bu quruma qoşulması üçün dəfələrlə təklif gəlsə də, ölkəmizin marağında olmadığı üçün qoşulmaqdan imtina edib:

"Azərbaycanın indiki yürütdüyü siyasəti nəzərə alsaq, bu quruma qoşulmasının xeyrindən çox zərəri var. Əgər Azərbaycan Avropaya inteqrasiyanı özü üçün prioritet seçibsə və bu birlikdə perspektiv görmürsə, qoşulmağın mənası da yoxdur".

Qeyd edək ki, Minskdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı Belarus Prezidenti Aliksandr Lukaşenko xəbərdarlıq edib ki, əgər tərəfdaşlar öhdəliklərinə əməl etməsələr, onun ölkəsi Rusiya, Qazaxıstan və Ermənistanın daxil olduğu birlikdən çıxa bilər.

Tarix
2015.01.31 / 09:10
Müəllif
Təranə Səfərova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla