Yuxarı

“Türkiyənin bu addımının anlamı nədir?”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran son illərdə bəlkə də ən yanlış xarici siyasət kursu götürüb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, Ərəb-İran savaşının bütövlükdə regiona təsirsiz ötüşməyəcəyini bildirib:

"Ərəb ölkələrinin ordu yaratması barədə ortaq qərar qəbul edilməsi bəlkə də indiki məqamda izah oluna bilən addım kimi görünür. Bəs Yəməndə problem çözüləndən sonra bu ordunun işi nə olacaq? İsrailin və İranın maraqlarına qarşı yönəlməkdən başqa hansı seçənəklər ola bilər? Digər tərəfdən, Türkiyənin bu ərəb koalisiyasına dəstək verməsinin nə mənası vardı? İrana qarşı Türkiyənin açıq mətnlə sərt mövqeyinin ifadə edilməsini də məntiqlə izah etmək çətindir. İran son illərdə bəlkə də ən yanlış xarici siyasət izləməkdədir. Öz sərhədlərindən kənarda açıq formada siyasi müdaxilə ilə məşğuldur. Onsuz da bu addım İsraili, dolayı yolla da bütün yəhudi lobbisini rahatsız etməyə başlayıb. Onlar hansısa formada öz təhlükəsizliklərini qorumaq üçün işin içinə girəcəklər. Belə bir məqamda ancaq söz duellosu ilə ortaya atılmağa nə lüzum vardı? Türkiyə arxa planda İranla dostluq əlaqələri quran ABŞ-a görə İranla münasibətlərini arzuolunmaz məcraya yönəldir. Yəni müşahidə olunan budur ki, ABŞ özü İranla dost olur, arada Türkiyəni düşmənə çevirir. Bütün bunların bizə də təsirinin olacağını düşünərək bunları qeyd etməyi özümə borc bilirəm".

Tarix
2015.03.30 / 11:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla