Yuxarı

Politoloqdan açıqlama: “Ağdam azad olunur…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident İlham Əliyev Strasburqda ilk dəfə işlətdiyi və bütün beynəlxalq aləmin qəbul etdiyi bir fikrini son günlərdə növbəti dəfə dilə gətirdi: "Erməni hərbçiləri ölmək istəmirlərsə, Ağdam, Fizuli və digər işğal altındakı rayonlara gəlməsinlər".

Bu barədə politoloq Elxan Şahinoğlu Axar.az-a açıqlamasında bildirib. Politoloqun sözlərinə görə, Prezidentin bu fikrindən sonra Azərbaycanın Müdafiə Nazirliyi qarşı tərəfin martın 19-da baş verən döyüşdə 20 nəfər itki verdiyini açıqladı: "Bir gün sonra isə Azərbaycan Ordusuna təslim olan erməni hərbçinin görüntüsü yayımlandı. Erməni hərbçi təmas xəttində yerləşdirilən əsgər yoldaşlarının ölmək istəmədiklərini və dözülməz şəraitdə xidmət etdiklərini dedi".

Politoloq sözügedən çıxışların əslində çox mühüm mesaj olduğunu vurğulayıb:

"Prezidentin ardınca Müdafiə naziri Zakir Həsənov hərbi hissələrdən birini ziyarət edərkən Ermənistana və beynəlxalq aləmə iki mesaj ünvanladı. Birinci mesaj: "Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalı, daim qorxu içərisində yaşamalıdır". İkinci mesaj: "Biz elə ilk zərbədə işğalçıların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, qarşı tərəf yüz illərlə özlərinə gələ bilməyəcək". Prezidentin və müdafiə nazirinin çıxışları ondan xəbər verir ki, Azərbaycan Ordusu Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına tam hazırdır və Azərbaycan iqtidarı torpaqlarımızın işğal altında qalmasının bundan sonra da davam etməsinə heç bir halda razı deyil. Separatçıların bu vəziyyətdə iki yolu var. Onlar ya həmin ərazilərdəki hərbi məntəqələrdən geri çəkilməlidirlər, ya da savaşı qəbul etməlidirlər".

Politoloq separatçıların həmin məntəqələrdən geri çəkilməsinin problematik olduğunu vurğulayıb:

"Çünki bu halda üstünlük Azərbaycan Ordusunun tərəfinə keçəcək və qısa müddətdə Ağdam azad olunacaq. Ancaq separatçıların Ağdam və Fizulidə hərbi post saxlamaları da onlara hər zaman problem vəd edir. Çünki Azərbaycan Prezidenti bu məsələdə açıq tekstlə dedi ki, Azərbaycan torpaqlarına gələn erməni əsgər öldürüləcək. Təsadüfi deyil ki, Ermənistandan gətirilən gənclər həmin postlarda xidmət etmək istəmirlər. Azərbaycan hakimiyyəti və cəmiyyəti cəbhə bölgəsində itkilərə hazırdır, bu, bizim torpaqdır və torpaq uğrunda ölmək lazım gəldiyini hamımız bilirik. Əhalisi azalan və sosial problemləri dərinləşən Ermənistan üçün isə cəbhə bölgəsində baş verən itkilər böyük problemlər yaradır. Çünki o torpaqlar Ermənistanın deyil, dünya da həmin ərazilərin işğal olunduğunu qəbul edir, ona görə də erməni əsgərlər gec-tez boşaldacaqları torpaqlarda ölmək istəmirlər".

Politoloqun sözlərinə görə, Azərbaycan Ağdamı qəfil hücumla geri qaytarsa, bu, sülh danışıqlarında ölkəmizin mövqeyini gücləndirəcək:

"Ordumuz son 10 ildə texniki baxımdan çox mükəmməlləşib, Azərbaycanın müdafiə sənayesi də kifayət qədər hərbi sursat istehsal edir. Bu illərdə Azərbaycan əsgərinin və pilotlarımızın təcrübəsi də artıb, həmçinin ölkənin iqtisadi qüdrəti əhali və əsgərlərimiz arasında böyük ruh yüksəkliyi yaradıb. Bu faktorları nəzərə alan Azərbaycan hakimiyyəti öz torpaqlarının zəif, gücsüz və pərakəndə hala düşmüş düşməndə qalmasını qəbul edə bilmir.

Dağlıq Qarabağın ətrafında olan rayonlar uğrunda heç ermənilər də vuruşmayacaq. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Ordusu düşmənə həlledici zərbə endirməyə yalnız fürsət gözləyir".

Politoloq həmçinin bildirib ki, ilk addım atılmalıdır:

"Ermənistan hakimiyyəti cəmiyyət qarşısında güzəştə getmək üçün səbəb tapmalıdır, başqa cür güzəştə getməyəcəklər. Səbəb isə işğalda olan torpaqlarımızın, xüsusən, Ağdam və Füzulinin hərb yolu ilə azad edilməsidir. Azərbaycan Ordusunun cəmi bircə həmlə ilə həyata keçirməyə qadir olduğu bu aktın icra olunacağı an məsələsidir. Təbii ki, bundan ötrü həm də beynəlxalq şərait yetişməlidir. Proseslər indiki istiqamətdə gedərsə, inanıram ki, bu şərait də yetişəcək".

Tarix
2015.03.30 / 16:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla