Yuxarı

Ulduzdan müsəlmansayağı and: “Bakirlik…” - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ulduzdan müsəlmansayağı and: “Bakirlik…” - Foto

Fransanın PSJ klubunun müdafiəçisi David Luizin çox maraqlı bir özəlliyi ortaya çıxıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, David Luiz Braziliyadakı "Gözləməyə qərar verdim" hərəkatının üzvüdür. Bu hərəkatın özəlliyi də üzvlərinin "doğru adamı gözləyərək" evlənmədən öncə cinsi əlaqəyə girməməsidir.

"El Mundo Deportivo"nun xəbərinə görə, braziliyalı futbolçu ilə bərabər sevgilisi Sara Madeira da evlənmədən öncə cinsi əlaqəyə qarşı olan bu hərəkatın üzvüdür. Belə ki, "Doğru adamı gözləmək" fəlsəfəsi ilə hərəkata üzv olan məşhur ulduz ilk cinsi əlaqəsi üçün evlənməyi gözləyənlərdəndir. Məlumata görə, sevgilisi ilə aralarındakı razılaşmaya görə, David evlənmədən əvvəl heç kimlə cinsi əlaqəyə girməyəcəyinə dair söz verib.

Xəbərdə 28 yaşlı ulduzun indi 24 yaşı olan sevgilisi Sara ilə yeniyetməlik vaxtından bəri dost olduqları bildirilib.

Hərəkatın lidero Nelson Cunyor belə deyib: "Futbolda alışılmış vəziyyət olmadığına görə polemikaya səbəb olacaq, amma David bizim hərəkata üzv olmazdan əvvəl də sosial şəbəkələrdə bizi həmişə dəstəkləyib".

Xəbərdə Luizin idealı hesab etdiyi dünya şöhrətli ulduz Kakanın da bu hərəkata üzv olduğu və 2005-ci ildə evlənənə qədər cinsi əlaqəyə girmədiyi yer alıb.

Qeyd edək ki, David Luizin bu seçimi Tvitter Türkiyə siyahısında trend olub.

Tarix
2015.04.28 / 01:36
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla