Yuxarı

Böyük alimdən qəlbiqırıq qızlara tövsiyə - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük alimdən qəlbiqırıq qızlara tövsiyə - Video

Məşhur fizik Stiven Hokinq "One Direction" (1D) qrupunun dağılacağı ilə bağlı iddialara cavab verib.

Axar.az Sputnik Xəbər Agentliyinə istinadən xəbər verir ki, görkəmli astrofizik Stiven Hokinq "One Direction" (1D) qrupunun dağılacağı qorxusuyla yaşayan qızları sevindirib.

İngiltərənin Kembric Universitetində dinləyicilərlə görüşən və xəstəliyindən kainatın sirrlərinə qədər müxtəlif mövzularda danışan Hokinq "One Direction"ın sevilən üzvü Zayn Malikin qrupdan ayrılmasına da toxunub.

1D-nin parçalanmasının kosmik təsiri

Hokinqin danışığının ardından ona belə bir sual verilib: "Zaynın "One Direction"ı tərk etməsinin və dünyadakı milyonlarla gənc qızın qəlbini qırmasının kosmik təsirləri nələrdir?"

Paralel dünyada hər şey mümkündü

Məşhur fizikin bu maraqlı suala verdiyi cavab isə yenə də dahiyanə olub:

"Sonunda "əhəmiyyətli" bir sual gəldi. Qəlbiqırıq qızlara tövsiyəm budur: "Nəzəri fizikanı yaxından təqib etsinlər. Çünki bir gün birdən çox kainat olduğuna dair bir dəlil əldə edə bilərik. Beləcə, öz yaşadığımız kainatın xaricində başqa bir kainat olduğu ehtimalı mümkünsüz olmaz. Və o başqa kainatda Zayn hələ də "One Direction"ın üzvü ola bilər".

Hokinq qızlara ürəklərindən keçən arzunun o qədər də qeyri-mümkün olmadığının siqnalını verib: "Zayna görə qəlbi qırılan bu qızlardan biri paralel kainatda onunla evli və xoşbəxt olduğunu da xəyal edə bilər".

Tarix
2015.04.29 / 01:33
Müəllif
Nigar An
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla