Yuxarı

Avtobus qəzasının yaralılarından xəbər var

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəza nəticəsində yüngül xəsarət alan beş yaralıdan dördünün durumu yaxşı olduğundan ilkin tibbi müayinədən sonra evə buraxılıb".

Bu sözləri Axar.az-a 3 saylı şəhər klinik xəstəxanasından səhər saatlarında Sabunçu rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alan sərnişinlər haqqında məlumat verərkən bildiriblər.

Xəstəxanadan bildirildiyinə görə, yaralılardan heç biri ciddi xəsarət almayıb. Qəza nəticəsində ümumilikdə 5 sərnişin yüngül bədən xəsarəti alıb ki, onlardan dördü ilkin müayinədən sonra evə buraxılıb:

"Hazırda xəstəxanada qəzadan sonra gətirilən bir xəstə qalıb. Onun da durumu normaldır. Gün ərzində o da evə buraxılacaq".

Qeyd edək ki, bu gün Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "Komsomolski" dairəsi adlanan ərazidə Mərdəkandan şəhərə gələn 100 saylı, "Dayvo" markalı, 10 TY 274 nömrə nişanlı avtobusla "Hunday" markalı avtobus toqquşub. Qəza nəticəsində sərnişin avtobusunda 5 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qəzaya uğrayan "Hunday" markalı avtobus Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsus olub.

Tarix
2015.05.29 / 10:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla