Yuxarı

Nazir: “Cəza qanunu hökumətə təqdim edilib”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və ya onların tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması hallarına yol vermiş əczaçılıq subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək".

Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib. Nazirin sözlərinə görə, qiymətlər haqqında ictimaiyyətə mütəmadi məlumat veriləcək:

"Dərman vasitələrinin tənzimlənmiş qiymətləri haqqında ictimaiyyətə müxtəlif vasitələrlə - İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin, Tarif (qiymət) Şurasının internet səhifələrində, Kütləvi İnformasiya Vasitələrində məlumat veriləcək və qiymətlər barədə məlumat hamı üçün açıq olacaq. İstehlakçılar alınan dərman vasitəsinin qiymətinin dövlət tərəfindən tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla yoxlaya biləcək ki, bu dərman vasitələrinin qiyməti üzərində ictimai nəzarəti reallaşdıracaq. Eyni zamanda, dərman vasitələrinin qiymətlərinə nəzarət aidiyyəti dövlət orqanları tərəfindən monitorinq və yoxlamalar vasitəsi ilə təmin ediləcək. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və ya onların tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması hallarına yol vermiş əczaçılıq subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. Bu sahədə qiymət intizamının pozulmasına, dövlət tənzimləməsinin və nəzarətinin həyata keçirilməsi prosesində tələb olunan məlumatların subyektlər tərəfindən tam, düzgün və vaxtında verilməməsinə görə ciddi məsuliyyət tədbirləri və böyük məbləğdə maliyyə sanksiyalarını nəzərdə tutan qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilib".

Nazir onu da bildirib ki, qiymətin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də gücləndiriləcək:

"Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdiriləcək. Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Adıçəkilən nazirlik tərəfindən dərman vasitəsinin ekspertiza və sınağı keçirilir və bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Həmin dərman vasitəsi ölkəmizə idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən təkrarən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır".

Tarix
2015.07.31 / 12:11
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla