Yuxarı

Sərkisyan deputatlara nəzarəti artırır – Özəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan deputatlara nəzarəti artırır – Özəl

"Ermənistanın müxalif deputatlarına nəzarət artırılır".

Bunu "Axar.az"a adının açıqlanmasını istəməyən erməni mühacir deyib.

O, artıq Serj Sərkisyanın bununla bağlı xüsusi xidmət orqanlarına gizli tapşırıq verdiyini söyləyib: "Müxalif deputatların "ArmRosqazprom" məsələsindən sonra vəziyyətləri ağırlaşıb. S.Sərkisyan öz partiyasının üzvləri ilə görüşəndə buna görə xeyli əsəbiləşmişdi. İndi onlara nəzarəti gücləndirir".

Mühacir, bundan sonra deputatlara müxtəlif şəxslər, dinləmə qurğuları və ya kameralar vasitəsilə nəzarət ediləcəyini bildirib: "Ölkədə xüsusilə fərqlənən deputatlara nəzarət müxtəlif vasitələrlə ediləcək. Ən çox da Sərkisyana qarşı çıxışları ilə fərqlənən deputatlar xüsusi diqqət mərkəzində olacaq. S.Sərkisyanın reytinqi ölkədə sıfır vəziyyətindədir. Həm Gömrük İttifaqı məsələsindən sonra xaricdən müxaliflərə dəstəkdən qorxur".

O bununla bağlı Rusiya xüsusi xidmət orqanlarından da kömək istənildiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə Ermənistan prezidenti öz partiyasının üzvlərini parlamentdə müxalif deputatlara qarşı sərt mövqe tutmadıqlarına görə töhmətləndirmişdi.

Tarix
2014.01.11 / 19:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla