Yuxarı

Bakıda qəribə oğurluğun – Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 13 min manat dəyərində oğurluq hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşları oğurluq edən Emil Şirinovu və Rəşad Mirzəyevi saxlayıblar.

Məlumata görə, onları cinayət əməlinə vadar edən motosiklet almaq istəkləri olub. Asan yolla motosiklet əldə etmək üçün ideya verən Rəşad Mirzəyev oğurluq edəcəyi məkanı da seçib.

Region TV-nin məlumatına görə, Emil Şirinov hadisəni necə törətdiklərini danışıb:

"Ağaca çıxıb hansı evin işığının yanıb-yanmamasını yoxladıq. Beşinci mərtəbədə işıq yanmırdı. Rəşad evin pəncərəsini açdı və yataq otağına girdi. Otaqdan 1 qutu qızıl-zinət əşyaları, 500 dollar və 800 manat pul götürdük".

İnternet vasitəsi ilə motosiklet seçib Binəqədi rayonu Biləcəri qəsəbəsinə taksi ilə gələn gəncləri sürücü aldadıb. 12000 manat dəyərində olan qızıl-zinət əşyalarını onların əlindən asanlıqla alıb:

"Taksi sürücüsünün yanında qızılları çıxartdım, sürücü qızıllara baxdı, dedi ki, bu qızıllar saxtadır, elə-belə dəmirdir. Qızılın topasına 50 manat verib götürdü".

İstəklərini reallaşdıra bilən şəxlərin sevinci çox çəkməyib.

Emil Şirinovun sözlərinə görə, bir gün sonra motosikletlə ticarət mərkəzlərindən birinə gedən zaman yolda qəzaya uğrayıblar:

"Motosikletlə "Sədərəy"ə, özümüzə əyin-baş almağa gedirdik. 110-la gedəndə bir maşına dəyib, qəzaya düşdük".

Rəşad Mirzəyev isə qəzanın Emil Şirinovun motesikletdə idarəetməni itirməsi nəticəsində baş verdiyini deyib:

"Arxadan gələn maşına yol vermək istəyəndə özünü itirdi, qəza törətdi. Gözümüzü açan zaman xəstəxanadaydıq".

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2015.11.25 / 15:20
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla