Yuxarı

Bakıda yeni oğurluq: bu adamlara qapı açmayın – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yeni oğurluq: bu adamlara qapı açmayın – Video

Bakıda xüsusi oğrular peyda olub.

Bu barədə Axar.az-a adının çəkilməsini istəməyən paytaxt sakini məlumat verib. Onun sözlərinə görə, bir neçə saat öncə baş verən hadisə onu həddən artıq narahat edib.

Bakının mərkəzində ("Azərbaycan" prospektində), xüsusi mühafizə olunmuş həyətdə yaşadığını bildirən sakin tanımadığı bir gəncin əlində gül dəstəsi ilə blokdan zəng edərək, təhlükəsizlik məqsədi ilə kodlaşdırılan qapının açılmasını xahiş edib. Bildirib ki, ona adının çəkilməsini istəməyən şəxs gül buketi göndərib.

Sakin sözügedən şəxsə blokun qapısını açsa da, sonradan qapının gözlüyündən baxarkən onun gül dükanında çalışan işçi olmasından şübhələnib və evin qapısını bağlayıb. Qapı ardıcıl döyüldükdə isə binanın mühafizəsini çağırıb və "gül dükanının işçisinə" mühafizəçi ilə görüşməyi xahiş edib. Bu zaman isə gülü yerə atan gənc sürətlə blokdan çıxaraq qaçıb.

Xanım sakin hazırda bu işlə polisin məşğul olduğunu xatırladaraq, məlumatı yaymaqla, bu cür yalanla evə soxulmağa çalışan oğruların peyda olması barədə hamını xəbərdar etməyə çalışdığını bildirib.

Tarix
2016.01.11 / 00:17
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla