Yuxarı

Evdən 1 kq qızıl oğurlandı - Lənkəranda/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:45

Lənkəran rayon sakinin evindən bir kiloqram qızıl-zinət əşyaları oğurlanıb.

Report-un məlumatına görə, rayonun Daşdalığjar kənd sakini Südabə Qənbərovaya məxsus mənzil qarət olunub.

Zərərçəkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək bildirib ki, onun fərdi yaşayı evi qarət edilib və bir kiloqram qızıl-zinət əşyaları oğurlanıb. Lənkəran polisinin əməliyyat qrupu hadisə yerinə baxış keçirib.

Hadisənin təfərrüatları barədə açıqlama verilməyib.

***

Lənkəran rayonunun Daşdalığjar kənd sakini Südabə Qənbərovaya məxsus mənzildə qarət edən şəxslər tutulub.

Aparılan istintaq tədbirləri nəticəsində ev sahibəsinin və qızının ifadələri alınıb. Məlum olub ki, qarət məqsədilə mənzilə girən iki nəfərdən biri qadın, digəri cavan kişi olub. Şahidlərin ifadələri əsasında qarətçilərin kimliyi müəyyənləşdirilib.

"İsti izlər"lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarət edilmiş evin qonşuluğunda yaşayan Nuriyə Nağıyeva təqsirləndirilən şəxs qismində saxlanılıb.

Nuriyənin qohumunun evinə onunla birgə girən ikinci şəxsin Astara rayonu, Kələdəhnə kənd sakini Mütəllim Əhədzadənin olduğu aydınlaşdırılıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, Mütəllim Əhədzadə ev sahibəsinin ağzını bağlayıb, əlindəki bıçağı onun boğazına dirəməklə qızından evdəki qızılları gətirməsini tələb edib. Sonradan hər ikisinin əl-qolunu bağlayaraq evdən uzaqlaşıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2016.01.16 / 18:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla