Yuxarı

Olimpiya Stadionuna toy axını var – Reportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Olimpiya Stadionu toy sifarişlərini qəbul etməkdədir. Stadionun şənliklər üçün açıq elan edilməsindən sonra müraciətlər artıb.

Bunu Axar.az olaraq stadionda araşdırma apararkən öyrəndik. Vətəndaşlar tərəfindən hədsiz maraqla qarşılanan bu təkliflə bağlı tələbat çoxalıb.

Toy etmək istəyənlər qeydiyyatdan keçir, vaxtı təyin edir, mərasim zalı müəyyənləşdirilir, neçə nəfər qonaq olacağı tərtib olunur və rəhbərliyə təqdim edilir.

Toyunu açıq stadionda keçirmək istəyənlər də az deyil. Qiymətləri öyrənmək üçün stadionda fəaliyyət göstərən agentliklə əlaqə saxlamaq lazımdır. Onu da deyək ki, təkcə toy deyil, ad günləri, nişan mərasimlərini də stadionda keçirmək mümkündür. Eyni zamanda, restoranlar da fəaliyyətdədir.

Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva bizimlə söhbətində dedi ki, Qərb təcrübəsində bu ənənə var. Onun sözlərinə görə, Avropanın məşhur stadionlarında toy mərasimləri təşkil olunub.

C.Mehdiyeva bu praktikanın ölkəmizdə tətbiq olunmasını təqdir edir:

"Dünyagörüşlü insanlar bu elandan sonra müraciət etməyə başlayıblar. Ancaq martın 19-u stadionda toy olacağı barədə yayılan xəbərlər yalandır. Bu tarixə toy sifariş olunmayıb".

BOS sözçüsü qeyd etdi ki, stadion rəhbərliyi yalnız məkanı icarəyə verir:

"Toyun təşkilatçılığı, ifaçının dəvət olunması, menyunun tərtibi və digər məsələlər ev yiyəsinin öz işidir. Bakı Olimpiya Stadionunun vətəndaşlara təklif etdiyi xidmətə yalnız ərazi aiddir.

Buna nümunə kimi İspaniyada "Nou Kamp", "Santyaqo Bernabeo" stadionlarını göstərmək olar. Stadion rəhbərliyi kreativ toy etmək istəyənlərə yalnız ərazisindən asılı olaraq boş yer təklif edir".

C.Mehdiyeva bildirdi ki, martda toy planlaşdırılmasa da, müraciətlər çoxdur:

"Belə güman edirik ki, yay aylarında stadionda toy mərasimləri keçiriləcək. Bu, heç də pis təşəbbüs deyil. Müasir insanlarımız öz toyunu bu formatda təşkil etmək istəyirlər. Qiymətlərə gəlincə, çox münasibdir və tanış olmaq üçün müraciət edənlərə məlumat verilir".

Qeyd edək ki, toy mərasimləri haqda xəbərlər son günlər gündəmdə olsa da, stadion rəhbərliyi artıq üç aydır elan verib. Bu təşəbbüsdən qazanılan pullar təmir, bərpa və s. işlərə xərclənəcək.

Tarix
2016.02.09 / 08:45
Müəllif
Emil, Fatimə
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla