Yuxarı

GUAM dirçəldilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Energetika Nazirliyində energetika naziri Natiq Əliyevlə Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat-GUAM-ın baş katibi Altay Əfəndiyev arasında görüş keçirilib.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

GUAM-ın baş katibi Altay Əfəndiyev təşkilat çərçivəsində əməkdaşlığa təkan verəcək birgə yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, hazırki geosiyasi vəziyyət əməkdaşlıq münasibətlərinə yenidən baxmağa və hər bir ölkə üçün mənfəətli addımlar atmağa imkanlar yaradır.Üzv dövlətlər də bu imkandan yararlanaraq, GUAM məkanında nəqliyyat və enerji dəhlizlərinin yaradıması kimi məsələləri nəzərdən keçirə bilərlər.

N. Əliyev isə deyib ki, GUAM ölkələri ilə ayrı-ayrılıqda ikitərəfli münasibətlər yüksək səviyyədədir və bu əlaqələr enerji əməkdaşlığına töhfələr verib. Bildirilib ki, GUAM-ın regional təşkilat kimi yenidən dirçəldilməsi, regionun sabit və inkişaf edən zonaya çevrilməsi üçün dördtərəfli əməkdaşlığa rəvac verəcək sahələr və maraqların üst-üstə düşdüyü layihələr üzərində məsləhətləşmələr aparılmalı, görüşlər keçirilməlidir. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2016.02.10 / 23:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla