Yuxarı

Naxçıvan-Məşhəd qatarı fəaliyyətə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının açılacaq.

APA-nın məlumatına görə, bununla bağlı İşçi Qrupunun ilk görüşü keçirilib.

İlk görüşdə Azərbaycan tərəfdən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov, Naxçıvan Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev, İran İslam Respublikası tərəfdən Azərbaycan Dəmiryolu Təşkilatının baş direktoru Mirhüseyn Musəvi, İran Dəmir Yolları Sərnişindaşıma Xidmətinin baş müdiri Mürtəza Cəfəri iştirak ediblər.

İşçi Qrupunun üzvləri keçirilən ilk müzakirədə iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Naxçıvan dəmiryol vağzalında keçirilən görüşdə belə tədbirlərin hər iki ölkənin vətəndaşları tərəfindən razılıqla qarşılandığı vurğulanıb. Qarşıdakı günlərdə Azərbaycan və İran dəmir yolu rəhbərlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyan işçi qrupunun görüşündə bir sıra texniki məsələlər, sərnişin qatarının qrafiki və tariflər müzakirə olunub.

Tarix
2016.03.01 / 23:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla