Yuxarı

Şəhidin medalı qardaşına təqdim edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı təqdim edilib.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə Azərbaycan əsgərlərinin Vətənin müdafiəsindəki şücaətindən bəhs olunub, şəhidlərin ruhuna dualar oxunub.

Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Umudov və başqaları mərasimdə çıxış edərək, tərtərlilərin torpaqlarımızın müdafiəsində fəal iştirakından, Abbaszadə Elşadın mənalı həyat və döyüş yolundan, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.

Şəhidin ailəsinə başsağlığı verən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani bildirib ki, cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir.

Abdulla Qurbani "Xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin qardaşına təqdim edib.

Şəhidin qardaşı Rəşad Abbasov qardaşının Vətən uğrunda həlak olduğuna görə fəxr etdiyini diqqətə çatdırıb.

Tarix
2016.03.29 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla