Yuxarı

Tam məxfi II: Yadplanetlilər və ABŞ - Gizli razılaşma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı Milton Uilyam Kuper dünyanın tanınmış sui-qəsd nəzəriyyəçilərindən biridir. 1943-cü ildə anadan olan Kuper ABŞ Dəniz Donanmasında xidmət edib. O, illər sonra Dəniz Donanmasında olan zaman ABŞ hökumətinin Uçan Naməlum Obyektlərlə (UNO) bağlı gizli sənədlərini gördüyünü bildirir və onun bu sözləri sensasiyaya səbəb olur. Milton Kuperin "Məxfi hökumət" adlı yadplanetlilərlə bağlı hesabatı 1980-ci illərdə mediada yayımlanır və bu, böyük rezonans yaradır. Sözügedən məqalədə yadplanetlilərlə bağlı uzun illər məxfi saxlanılan məlumatlar ilk dəfə ictimaiyyətə açıqlanır.

Axar.az həmin məqaləni təqdim edir:

(Əvvəli burada)

ABŞ prezidenti ilə yadplanetlilərin görüşü

1954-cü ildə uzunsaçlı yadplanetlilərin bir qrupu ABŞ-ın Hollomendəki aviabazasına enir. Onlar Oriondan gəldiklərini iddia edirlər. Dəvətsiz qonaqlar planetlərinin öldüyünü və qeyri-müəyyən gələcəkdə həyatın olmayacağını bildirirlər. Bu danışıqların ikincisi Edvards aviabazasında baş tutur. Bu tarixi görüş əvvəlcədən planlaşdırılmışdı. Prezident Duayt Eyzenhauer həmin vaxt Palm Sprinqsdə (Kaliforniya – red.) istirahətdə idi. O, bazaya aparılır və həmin vaxt mediaya Eyzenhauerin diş həkiminə getdiyi deyilir. Prezident yadplanetlilərlə görüşür və ABŞ-la onlar arasında formal müqavilə imzalanır. Və nəhayət, onların Kosmosdan ilk səfiri, əzəmətli Kiril dünyaya gəlir. Onların bayraqlarının üzərində gəmiləri və formaları təsvir olunmuşdu. Yadplanetlilərlə ikinci görüş lentə alınıb və bu günə qədər saxlanılır.

Müqavilənin şərtləri

Yadplanetlilərlə imzalanmış müqavilədə qeyd olunur: Yadplanetlilər bizim işlərimizə qarışmayacaq, həmçinin ABŞ onların işlərinə müdaxilə etməyəcək. Onların dünyada qalması isə gizli saxlanılacaq. Yadplanetlilər dünyada texnologiyanın inkişafına kömək edəcək. Bundan əlavə, Yer planetində başqa bir ölkə ilə müqavilə imzalamayacaqlar. Həmçinin müəyyən vaxtlarda tibbi müayinələrdə istifadə etmək və inkişafı izləmək üçün insanlar "oğurlanacaq". Lakin onlara heç bir zərər verilməyəcək. İnsanlar aparıldıqları yerə qaytarılacaqlar və heç bir şeyi xatırlamayacaqlar. Bundan əlavə, ABŞ və yadplanetli hökuməti bir-birini öyrənmək üçün 16 nəfərin mübadiləsini edəcək.

ABŞ-da yadplanetlilər üçün yaşayış məskənləri

Növbəti razılaşmaya görə isə yadplanetlilər üçün ABŞ-da yeraltı bazalar tikilməliydi. Həmin bazalar Yuta, Kolorado, Nyu-Meksika, Arizona və Nevada ştatlarında inşa edilməliydi. Yadplanetlilərin yaşayacağı sözügedən rayonlar isə tamamilə ABŞ Dəniz Qüvvələrinin nəzarətində olacaqdı. Tikinti dərhal başladı, lakin onun sürəti sonradan azaldı. Çünki böyük vəsait ayrılmaları olmadı.

Nəhayət müəyyən müddət sonra xüsusi fonddan 75 yeraltı sığınacağın inşası üçün maliyyə ayrılır. Məsələyə ictimaiyyətin diqqəti artdığı zaman isə sığınacaqların müharibə vəziyyətində prezidentin istifadə etməsi üçün tikildiyi bildirildi. Bu adla bir çox sığınacaqlar tikildi. Bundan əlavə, yadplanetlilər üçün gizli və dərin bazalar da yaradıldı. Sözügedən bazalar nüvə partlayışlarına tab gətirəcək gücdə və dərinlikdədir.

Yeraltı sığınacaqların sayı və yeri "məxfi qrifli" adı altında saxlanılır. Ağ Evin hərbi nəzarətindədir. Ora çoxşəbəkəli dolayı yollarla gedildiyi üçün ən güclü agentlərin həmin yerləri tapması qeyri-mümkündür.

(Ardı var)

Tarix
2016.03.30 / 09:26
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla