Yuxarı

Minlərlə azərbaycanlı İran və Rusiyada...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatında bir çox işlər göstərilməklə yanaşı, təşəbbüslər və təkliflər operativ şəkildə həllini tapmalıdır.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin I müavini Vilayət Eyvazovun çıxışına münasibət bildirərkən, millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb olunur:

"Onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir. Bunlar potensial məcburi əməyə cəlb edilənlərdir. Problemin həlli istiqamətində alınan qərarlar təqib olunmalıdır.

Görülən işə məsuliyyətlə yanaşılmasının nəticələrini görməliyik. Uşaqların doğrudan da küçələrdən yığışdırılması üçün real iş görüldüyü barədə bilgilərin olması çox vacibdir.

Valideynləri qeyri-qanuni miqrant olaraq çalışmağa getdikləri üçün, Türkiyədə 2 mindən artıq azərbaycanlı uşağın sənədləri olmadığından təhsil hüququndan məhrumdurlar. Suriyadan gələn qaçqınların 85 faizi təhsilə cəlb olunublar. Amma 2 mindən artıq Azərbaycan uşağı İranın dini cərəyanlarının təsirinə düşür. Sabah İranda dindar adı altında yetişdirilən öz vətəndaşlarımız olacaqlar".

F.Mustafa qeyd edib ki, azərbaycanlıların təhsilə cəlb olunmasını təmin etmək potensial insan alveri qurbanlarının qarşısını almaq üçün vacib işlərdən olacaq:

"Rusiya və İrana təhsil adı ilə aparılan, məcburi əməyə cəlb olunan insanların aşkar edilməsi olduqca vacib addımlardandır".

Tarix
2016.04.29 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla