Yuxarı

Sumqayıtdakı xəvaricilərin cəzası azaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı insidentlə bağlı həbs edilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə onların barəsində olan hökmü dəyişib.

Belə ki, Elçin Əkbərova 7 il, Amil Tağıyevə 5 il 6 ay, Kənan Mehrəliyevə 5 il 6 ay, Anar Rəhimova 6 il 6 ay cəza təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Əkbərov 9 il, Anar Rəhimov 8 il, Amil Tağıyev 7 il, Kənan Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilənlər apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyiblər.

Xatırladaq ki, hadisə 2013-cü il dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Soltan" çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib. Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Hadisədə təqsirləndirilən şəxslər tutulub. Onlardan silah-sursat götürülüb.

Tarix
2016.04.30 / 00:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla