Yuxarı

“Dördgünlük müharibə olacaqların yanında heç nədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının əvvəllərində Qarabağda baş verən qısa müharibəni dayandırmaq və atəşkəsi bərpa etmək üçün Rusiya və ATƏT dəridən-qabıqdan çıxdı, ancaq cəbhədə bir neçə gündür güclü atışmalar davam edir, Azərbaycanın cəbhəboyu yaşayış məntəqələri atəşə tutulur, beynəlxalq aləm isə susur.

Azərbaycan ordusunun aprel ayının əvvəlində apardığı uğurlu əməliyyatları dayandıran beynəlxaq aləm indi ermənilərin dayanmadan yaşayış məntəqələrimizi, dinc əhalini hədəf almasına biganə yanaşır. Bu isə anlaşılmazlıqlar yaradır.

Bununla bağlı politoloq, millət vəkili Elman Nəsirov Ölkə.Az-a danışıb:

"Hesab edirəm ki, indiki vəziyyətdə beynəlxalq birliyin susqun davranışı və atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulmasının, dinc əhalini, yaşayış məntəqələrini hədəf seçməsinə kənar müşahidəçi kimi izləməsinə hər kəs təəccüb edir. Çünki aprel ayının əvvələrində baş vermiş Ermənistanın məlum hərbi təxribatından sonra beynəlxalq birlik, ATƏT-in Minsk Qrupu çox fəal reaksiya verdi. Atəşkəsin dərhal saxlanması ilə bağlı təşəbbüslərlə çıxış etdilər. Xüsusilə rəsmi Moskva fəallığı ilə daha çox seçildi.

İndiki vəziyyətdə isə biz analoji reaksiyanın şahidi olmuruq. Buna görə də ortaya çoxsaylı suallar çıxır. Mənə elə gəlir ki, indiki vəziyyətdə Ermənistan rəhbərliyinin ağılsız hərəkətlərini beynəlxalq birlik tam dərk edə bilmir. İndiyə qədər tərəflərdən heç biri - nə Azərbaycan, nə də Ermənistan - heç bir zaman birmənalı şəkildə danışıqlardan imtina ilə bağlı mövqe bildirməmişdi. Ermənistan da hər zaman danışıqları istədiyini, danışıqların getdiyini bildirmişdi. İndiki isə Ermənistan danışıqlardan imtina edir. Bu, Ermənistan diplomatiyasını da çıxılmaz vəziyyətə salır. Belə çıxır ki, Azərbaycan ərazisinin işğala məruz qalmasına baxmayaraq, dinc həll yolunda maraqlıdır, işğalçı tərəf isə danışıqlardan imtina edir. Bunun özü bu gün çox anlaşılmazdır. Digər anlaşılmaz məqam onunla bağlıdır ki, Ermənistan prezidenti bir şeyi deyir, Xarici İşlər Nazirliyi isə başqa şeyi. Ermənistan prezidenti deyir, danışıqlara lüzum yoxdur, xarici işlər naziri isə sülh danışıqlarının bərpasından danışır. Bunlar hamısı anlaşılmazdır. İndiki halda beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk Qrupu hazırkı vəziyyətdə çox müammalı şəkildə hadisələri izləyir, ancaq irəliyə doğru bir addım atmır. Heç bir konkret mövqe bildirmir. Sanki onlar nəyisə bilirlər, hadisələrin hansı ssenari üzrə gedəcəyindən xəbərləri var, ona görə də gözləyirlər. Bunlar hamısı anlaşılmaz məqamlardır.

Bir həqiqət qətiyyən anlaşılmaz deyil. Əgər hadisələr belə gedərsə, əgər doğrudan da atəşkəsi Ermənistan bu şəkildə pozarsa, dinc əhalini belə hədəfə seçərsə, hesab edirəm, aprel ayının əvvəlində baş vermiş hadisələr indi baş verəcəklərin yanında əsl toy-bayram olacaq ermənilər üçün. Kim deyirsə ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, müharibə başlaya bilməz, hesab edirəm ki, bu, kökündən yanlış yanaşmadır. Hadisələr ən qəliz, ən təhlükəli şəkildə inkişaf edə bilər, Cənubi Qafqazda elə bir müharibə başlaya bilər ki, digər regionlar məsafə faktorunu nəzərə aldığı üçün rahat qala bilməzlər. Çünki alov digər regionları da caynağına alacaq. Bunu qətiyyən unutmaq olmaz".

Tarix
2016.04.30 / 13:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla