Yuxarı

Türkiyədən Rusiyaya güllə kimi cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəsmilərinin son dönəmlərdəki açıqlamaları ciddilikdən uzaq və təbliğat xarakterli fəaliyyətləri ilə əlaqədardır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic rusiyalı həmkarı Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib.

"Türkiyəyə Osmanlı imperiyasının sonunu xatırladanlar keçmişlərinə nəzər salmalıdırlar. SSRİ-də dünyaya göz açmış şəxslər bu gün Rusiyanın vətəndaşlarıdır. Dolayısıyla, XX əsrdə 3 fərqli dövlət quruluşu yaşamış ölkənin vətəndaşının başqa dövlətlərin süqutu ilə bağlı müxtəlif məsləhətlər verməsi xeyli qəribədir. Türkiyə Cümhuriyyəti 1923-dən bu günə qədər sülh və dostluq siyasəti yürütməkdə davam edir. Müasir günümüzdə belə qonşularına qarşı aqressiv siyasət yeridənlərin bu cür açıqlamalar verməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir", - Bilgic vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın bir müddət əvvəl Türkiyənin xarici siyasəti ilə bağlı səsləndirdiyi fikirləri təqdim edirik:

"Türkiyə hakimiyyəti Osmanlı imperiyasını bərpa etməyə cəhd edir. Lakin bu imperiyanın sonunun necə olduğunu hər birimiz bilirik. Rəsmi Moskva Türkiyənin siyasətinə uzun müddət səbr edir".

Tarix
2016.05.05 / 20:58
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla