Yuxarı

Diqqət: Sabah mərkəzi küçələr bağlanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 10-da Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Fəxri Xiyaban istiqamətində avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək: "Ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, paytaxtın Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsindən, Hüseyn Cavid prospekti və Mikayıl Müşviq küçəsi ilə kəsişməsindən və digər kəsişən küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq".

V.Əsədov bildirib ki, sabah səhər 08:00-dan etibarən ziyarət başa çatana qədər bu istiqamətdə avtomobillərdən imtina edilməsi və ictimai nəqliyyat vasitələrdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur: "Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər".

Tarix
2016.05.09 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla