Yuxarı

Səfirimizin Rusiyada kitabı işıq üzü gördü - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan-Rusiya" kitabçası işıq üzü görüb.

Axar.az xəbər verir ki, nəşrə 2015-ci ilin dekabrın 14-dən etibarən Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində oxunan, multikulturalizm və müasir dünyada mədəniyyətlərin beynəlxalq dialoqu problemlərinə həsr olunan mühazirələrin materialları daxil edilib. Müəllif dövlət-siyasi quruluşların xüsusiyyətləri, Azərbaycanın sosial və iqtisadi siyasəti, ölkənin dini və etnik müxtəlifliyini nəzərdən keçirir, Rusiya və Azərbaycanın mədəniyyətin müxtəlif sahələrdə əməkdaşlığına xüsusi diqqət yetirir.

Kitabça müəllimlər, aspirantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Polad Bülbüloğlu Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universiteti ilə çoxdan əməkdaşlıq edir. O, universitetin təşkil etdiyi dünyanın ən böyük illik elmi-humanitar forumu olan Beynəlxalq Lixaçov elmi oxunuşlarının iştirakçısıdır.

Azərbaycan səfirinin mühazirələri universitetin 2008-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil etdiyi "Mədəniyyətlərin beynəlxalq dialoqu" diplomatik oxu proqramı çərçivəsində keçirilib.

Tarix
2016.05.31 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla