Yuxarı

Putinin nümayəndələri Kadırovla görüşdən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin İnsan Haqları üzrə Şurasının üzvləri Çeçenistan lideri Ramzan Kadırovla planlaşdırılan görüşdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə RBK agentliyinə Şuranın üzvü Andrey Babuşkin deyib.

Onun sözlərinə görə, buna səbəb Kadırovun Şuranın üzvlərindən biri olan İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin rəhbəri İqor Kalyapinə qarşı münasibətidir:

"Çeçenistandan tranzit kimi istifadə edib, Dağıstana və İnquşetiyaya getdik. Çeçenistanda iki gün qalıb yerli sakinlərlə, iyunun 2-də isə Kadırovla görüş planlaşdırmışdıq. Lakin artıq Çeçenistandan çıxmışıq və geri qayıdırıq. Şuranın fikrini dəyişməsinə səbəb Kadırovun Kalyapinə olan münasibətidir. Kalyapin daim Kadırovu tənqid etdiyi üçün çeçen lider onun ölkəsinə gəlməsini istəməyib".

Qeyd edək ki, Kalyapin daim Çeçenistanın hüquq mühafizə orqanlarının öz səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib.

Tarix
2016.06.02 / 12:04
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla