Yuxarı

Türkmanlar coşdu: “Kərkük kürdlərin olmayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

PYD lideri Saleh Müslüm İraqın Kərkük vilayətinə səfər edib.

Axar.az xəbər verir ki, səfər zamanı onu Kərkük valisi Nəcməddin Kərim qarşılayıb. Sonradan mətbuata açıqlama verən Müslüm Kərkükü ziyarət etdiyindən qürur duyduğunu bildirib:

"Kərkük bizim üçün müqəddəslərin müqəddəsidir. Kərkük kürdlər üçün Qüdsdür".

Müslümün bu sözlərinə ilk reaksiya dərhal İraq Türkman Cəbhəsindən verilib. Təşkilat PYD liderinin Kərkük səfərini kəskin şəkildə pisləyib:

"Biz türk və kürd xalqlarının bir-birilə xoş münasibətlərdə olması üçün çalışırıq. Ancaq dünən Kərkük valisi Nəcməddin Kərim və Kürd Muxtar Vilayəti Parlamentinin rəhbəri Rəbvar Təlabaninin PYD lideri ilə görüşməsi bizi təəccübləndirir. Saleh Müslümün dediyi "Kərkük kürdlərin Qüdsüdür" ifadəsi heç vaxt qəbul edilməyəcək. Hər kəs bilməlidir ki, Kərkükün türkmanlara bağlılığını heç kim dəyişdirə bilməyəcək. Biz İraqda çətin günlər yaşadığımız bir zamanda Kərkük kimi vacib vilayətdə Suriya problemlərinin qaldırılmasının nə mənası var? Əgər Suriyanın problemlərini bura daşısanız, o zaman Kərkükün müstəqil federal bölgə olması ilə bağlı razılaşmanı imzalamalı olacaqsınız".

Qeyd edək ki, PYD PKK terror təşkilatının Suriyadakı qanadıdır.

Tarix
2016.06.17 / 16:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla