Yuxarı

İtalyan jurnalist Azərbaycandan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya mətbuatı Bakıda keçirilən Formula-1 yarışından yazıb.

Axar.az xəbər verir ki, "Dazebaonyus" analitik-informasiya portalında italyan jurnalist Marko İakonettinin paytaxtımızda keçirilən Formula-1 yarışlarından bəhs edən "Bakı, Formula-1-in sonuncu həddi. Çətinlik aşılıb" adlı məqaləsi dərc edilib.

Müəllif Azərbaycanın Formula-1 yarışlarını keçirməsindən və SOCAR-ın 2016-cı il Avropa Çempionatına sponsorluq etməsindən söz açıb. Məqalədə həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fikirlərinə də yer verilərək bildirilir ki, Azərbaycan paytaxtının gözəlliklərini və ölkənin əldə etdiyi inkişafı dünyaya tanıtmaqda Formula-1 yarışı əhəmiyyətlidir və son dövrlərdə turistlərin sayında artım müşahidə edilir.

Bundan başqa, Azərbaycanın Avroviziya-2012 mahnı müsabiqəsinə, 2015 Avropa Oyunlarına ev sahibliyi etməsi və digər mötəbər tədbirlərin ölkəmizdə keçiriləcəyi diqqətə çatdırılır.

Yazıda Azərbaycanın yalnız idman tədbirləri ilə deyil, gözəl təbiəti, zəngin mədəniyyəti və müxtəlif dinlərin birgə yaşayışı xüsusiyyətinə görə də maraq kəsb etdiyini bildirilir.

Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.dazebaonews.it/italia/fatti-opinioni/item/42719-baku-ultima-frontiera-della-formula-uno-sfida-vinta.html

Tarix
2016.06.28 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla