Yuxarı

AZAL-dan İstanbul terroru ilə bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı vaxtı ilə saat 23.30-da İstanbul Atatürk Hava Limanından Azərbaycan Hava Yollarına məxsus təyyarə Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Bizim sərnişinlər tamamilə qeydiyyatdan keçiblər. Bunun ardınca isə partlayış baş verib.

Bunu APA-ya açıqlamasında AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Onun sözlərinə görə, partlayış AZAL-ın sərnişinlərinin olduğu yerdən xeyli kənarda baş verib: "Bizim sərnişinlərdən ölən və ya xəsarət alan yoxdur".


P.Kəsəmənski deyib ki, partlayış səbəbindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL təyyarəsi də havaya qalxa bilməyib.

"AZAL-ın İstanbuldakı əməkdaşları sərnişinlərə lazım olan dəstəyi verir", - deyən P.Kəsəmənski onu da qeyd edib ki, eyni vaxtda Türk Hava Yollarının Bakı - İstanbul aviareysi də hadisə səbəbindən yerinə yetirilməyib.

Tarix
2016.06.29 / 01:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla