Yuxarı

“Libraff” və EAS uşaqları əyləndirdi - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin (EAS) birgə əməkdaşlığı şəraitində uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbiri keçirməkdə məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa və xüsusilə də ana dilimzdə mütaliəyə təşviq etmək məqsədilə mükafatlandırmaq olub. Həmçinin, tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri də təşkil olunub.

Avropa Azərbaycan Məktəbinin direktoru Qarri Qrippin məktəbin şagird və valideynlərini salamlayaraq, uşaqların doğma ana dilini mükəmməl bilməsinin əhəmiyyətindən danışıb. Sonra şagirdlərə TEAS Press Nəşriyyat evinə məxsus əmtəə nişanı olan “3 alma” nəşriyyatı adından “Mimi”, “Köhlən at” və “Qrin Qeyblz malikanəsinin qızı Anni” kitabları hədiyyə olunub.

Reyhan Yusifqızı uşaqlara müəllifi olduğu kitabın qəhrəmanı “Mimi”nin timsalında yüksək texnologiyaların əhəmiyyətindən və onun müasir cəmiyyətin inkişafına göstərdiyi misilsiz təsirindən bəhs edib. Yazıçı hədiyyə olunan kitabları imzalayıb. Daha sonra kitabın illüstratoru rəssam Səbinə Vəzirova balaca qonaqlara “Mimi” qəhrəmanının necə yaratdığını izah edib.

Reyhan Yusifqızının sözügedən kitabında ikinci sinif şagirdi Aylinin yaşlı professorun evində yaşayan “Mimi” adlı qeyri-adi siçanla dostluğundan bəhs edilir. Tanınmış alim Lutfi Zadənin prototipi kimi qələmə alınmış professor oyuncaq siçanını əməliyyat edərək ona süni beyin yerləşdirir. “Mimi” insan kimi danışır, hərəkət edir, riyaziyyatı bilir. Aylinə riyaziyyat tapşırıqlarında kömək edir, onunla birlikdə musiqiyə qulaq asıb, rəqs edirlər.

Qeyd edək ki, Reyhan Yusifqızı (Şıxlinskaya) Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dossentdir. Vaxtaşırı məktəblərdə və kitab evlərində oxucularla görüşlər keçirir. Məktəb tamaşalarına ssenarilər yazır. Rəqəmləri və riyazi məsələləri çox sevir. Yazıçının dediyinə görə, uşaqlıqda onun “Mimi” adlı oyuncaq siçanı var imiş. Yazıçı inanır ki, yüksək texnologiyaların inkişafı erasında oyuncaqlar artıq uşaqlarla danışacaqlar. O, “Mimi”ni bütün uşaqlara sevdirmək istəyir. Ən böyük arzusu isə onun haqqında cizgi filminin çəkilməsidir.

Tarix
2018.01.16 / 15:32
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla