Yuxarı

"Metsamor AES nəzarətə götürülməlidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olan ölkələrin və digər beynəlxalq təşkilatların, 10-dan çox ölkənin 100-dək nümayəndəsi iştirak edib.

Konfransda əsasən zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə daşınması, geri qaytarılması və istifadə edilməsi prosedurları müzakirə olunub. Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində bir çox məsələlər də diqqət mərkəzində olub. Konfrans iştirakçıları Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı fikirlərini bölüşüblər.

Ekologiya və Nüvə Radiasiya Təhlükəsizliyi Agentliyinin rəhbəri Vasili Qadenaşivili jurnalistlərə müsahibəsində deyib ki, konfransda Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində mövcud olan problemlər və bir sıra digər məsələlər diqqət mərkəzində olub: “Qeyd edə bilərəm ki, regionumuz üçün hazırda bir təhlükə mənbəyi mövcuddur. Bu da Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasıdır (AES). Bu stansiya müasir təhlükəsizlik standartlarına cavab vermədiyi halda fəaliyyət göstərir. Metsamor AES-in fəaliyyəti təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir”.

Onun sözlərinə görə, nüvə enerjisi və atom silahları ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələni nəzarətə götürməli və lazımı qərarlar verməlidirlər.

Tarix
2017.06.19 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla