Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 May 2018


Ermənistanla bir ittifaqda ola bilmərik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ay Litva paytaxtı Vilnüsdə Avropa Birliyinin Şərq tərəfdaşlığı sammiti keçiriləcək. Mühüm sənədlərin müzakirə olunacağı sammit ərəfəsində bir çox siyasətçi və ictimai xadim Azərbaycanın Avropa Birliyinə inteqrasiya xətti seçməsinə tərəfdar olduğunu bildirir. Bu ərəfədə ən çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına Azərbaycanın qoşulub-qoşulmayacağıdır. Yaxın gələcəkdə Azərbaycanın xarici siyasətində hansı addım atıla bilər? Avropa Birliyi və Şərq tərəfdaşlığı, yoxsa Rusiyaya doğru istiqamət alaraq Gömrük İttifaqına qoşulmaq?

Müstəqilliyin ölkənin xarici siyasətində əsas amil olduğunu deyən YAP-ın İdarə Heyətinin üzvü, deputat Mübariz Qurbanlı bildirir ki, Azərbaycan dövlətüstü qurumlara daxil olmaq xətti yeritmir: "Bizim dövlətimiz yalnız bərabərhüquqlu təşkilatlara daxil olur. Gömrük İttifaqı və Şərq tərəfdaşlığı ilə bağlı assosiativ üzvlük məsələsi Azərbaycanın siyasətində dilemma məsələsi deyil. Bu geosiyasətdir, seçim edərkən çox məsələləri götür-qoy etmək lazımdır. Azərbaycan müstəqil siyasət yeridir. "Ya o tərəf, ya bu tərəf" yoxdur. Milli marağımız var, ona uyğun da addım atılmalıdır".

"Media forum"a danışan deputat bildirir ki, Azərbaycan Vilnüs sammitində iştirak edəcək və son söz hökumətin verəcəyi qərardan asılıdır: "Hesab edirəm ki, dövlət rəhbəri milli marağımıza uyğun variantı götür-qoy edib öz qərarını verəcək. Gömrük İttifaqı ilə əlaqədar mövqe isə bəllidir. Azərbaycan təcavüzkar Ermənistanla eyni ittifaqda ola bilməz. Fikirləşsək ki, Qərbə inteqrasiya nəyisə həll edir, bu cür yanaşma da doğru deyil. Çünki müstəqil qalıb müstəqil siyasət yeritmək, xətt götürmək bəzən daha çox xeyir verir, nəinki müxtəlif güclərin döyüş və mübarizə meydanına çevrilmək. Ona görə seçim "ya o tərəf, ya bu tərəf" yox, milli maraq və müstəqil siyasətə uyğun addımlar olacaq".

Tarix
2013.11.21 / 17:11
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

F-35 qadağası: Türkiyənin cavabı nə olacaq?

Bakıdan “qırmızılar” çağırıldı və Tiflis qan içində boğuldu

Heydər Əliyev məzun oldu: Prezident ADA-da - Foto

Fuad Muradov Antalyada - Foto

Bu, bizim üçün hər şeydən üstündür - Prezident

Aqrar sektorda dəyişən məfhumlar

Prezidentdən Qarabağ açıqlaması: Gücümüzü...

Qarabağın işğalına son qoyulmasını arzu edirik - Hermanto

İlham Əliyevdən Teşomeyə məktub...

AXCP-yə 412 min çirkli pul köçürüldü - Rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla