Yuxarı

Ziyalılardan Fazil Mustafaya etiraz: Faktla danışsın...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ölkədə yaşayan azsaylı xalqlar da daxil olmaqla, bütün vətəndaşlarımız onlara doğma olan Azərbaycan mədəniyyətinin daşıyıcısıdır.

Bu sözləri xalq şairi, Azərbaycan Dil Qurumu İctimai Birliyinin rəhbəri Sabir Rüstəmxanlı millət vəkili Fazil Mustafanın “Biz həm də slavyan mədəniyyətinin daşıyıcısıyıq” sözləri haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, slavyanların, gürcülərin formalaşmasında türklərin böyük rolu olub:

“Ancaq əminliklə vurğulayıram ki, biz slavyan mədəniyyətinin daşıyıcısı deyilik. Biz türk mədəniyyətinin daşıyıcısı ola bilərik. Fazil Mustafa bu fikri niyə deyib, bilmirəm. Doğrudur, SSRİ dövründə ruslarla qaynayıb-qarışmışıq, onlar ümumi “sovet xalqı” yaratmaq istəyirdilər. Amma bu istəkləri həyata keçmədi. Hazırda rus mədəniyyəti və bizim mədəniyyətimiz ayrıdır. Müəyyən mədəniyyətlərarası dialoq, əlaqələr var. Lakin bunu “daşıyıcı” sözü ilə eyniləşdirmək olmaz. Bu söz tamamilə ayrı bir anlayışdır. Biz heç vaxt slavyan mədəniyyətinin daşıyıcıları ola bilmərik”.

Tarixçi Kərəm Məmmədovun sözlərinə görə, Yer kürəsində ayrı-ayrı millətlərin mədəniyyətləri bir-birinə inteqrasiya edə, bir-birinə qarışa bilər:

“Fazil müəllim bu sözləri çox güman ki, Azərbaycanın şimal hissəsinin müəyyən bir dövr üçün slavyan dövləti olan Rusiyanın tərkibində olmasına görə deyib. Amma həmin dövrdə də, Rusiya bizi işğal etdiyi müddətdə də Rusiyanın öz sarayında belə rus dilində danışmırdılar. Əlbəttə, slavyanlar bizim mədəniyyətin daşıyıcısı olduğu kimi, təbii ki, biz də onlardan müəyyən nüanslar götürmüş ola bilərik. Ancaq bir etnoqraf kimi deyə bilərəm ki, bizim slavyan kültürünün daşıyıcısı olmağımızla bağlı heç bir fakta rast gəlməmişəm. Əksinə, Rusiyanın özündə son zamanlar “Türk mənşəli rus adları” adında kitab çıxıb. Rusiya tarixçilərinin özləri də Xəzər türklərinin slavyanlara həddindən çox təsir etdiyini etiraf edir. Slavyan və türk mədəniyyətlərinin qarşılaşması erkən orta əsrlərə uzanan tarixə malikdir. Fazil Mustafa bu sözü konkret faktlarla desə, daha yaxşı olardı. Çox güman ki, o bu sözləri deyəndə bizim uzun müddət Rusiyanın tərkibində olmağımızı nəzərdə tutub, ancaq bu, slavyan mədəniyyətinin daşıyıcısı olmağımızla bağlı fikir yürütməyə əsas deyil”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa “Moskva-Bakı oxu” konfransında çıxışı zamanı “biz təkcə türk yox, həm də slavyan mədəniyyətinin daşıyıcısıyıq” sözlərini deyib.

Tarix
2017.09.15 / 15:35
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

İlham Əliyev Əhməd əş-Şara ilə görüşdü - Foto

Müharibə olsa, ermənilərin 22%-i xaricə qaçacaq - Sorğu

İqtisadi Şuranın növbəti iclası keçirildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir - Ərdoğan

Zəngəzuru açmaq haqda kim düşünürsə... - Müvəhhedian

Köçəryan kombinatda dəzgahları yağlayırdı… - Xankəndi sakini

Əliyevə Sərkisyanın bu mesajını Zərif çatdırıb - Nə xahiş edib?

Pezeşkianın Bakıya səfərində bu saziş imzalanacaq

Ərsin Tatar Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla