Yuxarı

Kadir İnanırın mirası açıqlandı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadir İnanırın mirası açıqlandı

Türkiyəli aktyor Kadir İnanırın mirası açıqlanıb.

Axar.az Axşam.az-a istinadən xəbər verir ki, aktyorun İstanbul, Ordu və digər bölgələrdə yerləşən daşınmaz əmlaklarının ümumi dəyərinin təxminən 650 milyon türk lirəsi olduğu bildirilir. İnanırın 25-dən çox lüks saatı, qızıl alışqanı, üzükləri və qələmlərindən ibarət kolleksiyasının isə 50 milyon lirə civarında qiymətləndirildiyi qeyd olunur.

Aktyorun 3 mindən çox qurbağa fiqurundan ibarət kolleksiyasının dəyərinin təxminən 35 milyon lirə, bank hesablarındakı nağd vəsaitin isə 200 milyon lirədən çox olduğu iddia edilir.

Məlumata əsasən, miras prosesində 28 nəfərin adı keçir. İddialara görə, İnanır vəsiyyətində bütün mirasını 27 illik həyat yoldaşı Jülide Kurala buraxıb.

Vəsiyyətdən pay ala bilməyən bəzi qohumların isə mirasa hüquq iddiası ilə çıxış etdiyi və məhkəmədə aktyorun vəsiyyəti hazırladığı zaman əqli vəziyyətinin yerində olmadığını irəli sürdüyü bildirilir.

Bu iddianın məhkəmə prosesində gərginliyə səbəb olduğu qeyd edilir.

Qeyd edək ki, aktyorun vəkili Beykoz Məhkəməsində vəsiyyətnamənin dekabrın 17-də açıqlanacağını bildirib.

Tarix
2026.09.20 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla