Yuxarı

İmran Xanın bacısı saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmran Xanın bacısı saxlanıldı

Pakistanda həbsdə olan keçmiş baş nazir İmran Xanın bacısı Alima Xan saxlanılıb.

Axar.az-ın Globalinfo.az-a istinadən məlumatına görə, Alima Xan sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan ümumxalq etirazları ərəfəsində Lahorda polis tərəfindən tutulub.

Pakistan Ədalət Hərəkatının (PTI) nümayəndəsinin bildirdiyinə görə, hadisə Alima Xanın yaşadığı evin yaxınlığında baş verib. O, idman zalına getmək üçün evdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb və daha sonra Kot Laxpat həbsxanasına aparılıb.

Məlumata əsasən, Alima Xanın 30 gün müddətinə həbs edilməsi barədə qərar qəbul olunub. Qərarda onun saxlanılmasının şəhərdə ictimai asayişin qorunması məqsədi daşıdığı qeyd edilib.

Qeyd edək ki, İmran Xan 2023-cü ildən həbsdədir. Onun rəhbərlik etdiyi PTI və tərəfdarları keçmiş baş nazirin azadlığa buraxılmasını tələb edir.

Tarix
2026.09.20 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla