Yuxarı

Trampın BMT çıxışında Azərbaycan amili... - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyü ilə bağlı qəbul olunan beynəlxalq sənədlər də icra olunmayıb və buna görə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, o cümlədən ABŞ məsuliyyət daşıyır.

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında Ukraynadan Cənubi Çin dənizinə qədər ərazidə olan ölkələrin suverenliyini qorunması ilə bağlı çıxışını şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu gün Ukraynadan Cənubi Çin dənizinə qədər olan bütün ərazilərdə yerləşən dövlətlərin ərazi bütövlüyünün pozulmasında, terrorizm və separatizmin vüsət almasında Birləşmiş Ştatların da “xidmətləri” az deyil:

“Donald Trampın bu bəyanatının ABŞ-ın xarici siyasətində necə əks olunacağını deyə bilmərəm, amma tamamilə doğru və beynəlxalq hüququn prinsiplərinə söykənən yanaşmadır. Trampın bəyanatına uyğun olaraq Ukraynadan başlasaq, bu dövlətin ərazi bütövlüyünün pozulmasında, Krımın ilhaq olunmasında ABŞ-ın da rolu var. 1994-cü ildə Rusiya, ABŞ və Böyük Britaniyanın dövlət və hökumət başçılarının imzaladığı Budapeşt memorandumuna əsasən, hər üç dövlət, o cümlədən sənədi imzalamayan, lakin ayrıca bəyanatla çıxış edən Çin və Fransa nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat veriblər. Həmin memorandumun 3 əsas müddəasını xüsusi diqqət etmək lazımdır:

1. ATƏT-in Yekun Aktının prinsiplərinə uyğun olaraq, Ukraynanın mövcud sərhədlərinə, suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşmaq;

2. Ukraynanın ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən çəkinmək, özünümüdafiə məqsədi istisna olmaqla, Ukraynaya qarşı heç vaxt və heç bir halda silahlı güc tətbiq etməmək;

3. Ukraynanı öz maraqlarına tabe etdirmək üçün bu ölkəyə qarşı iqtisadi təzyiqlərdən çəkinmək.

Göründüyü kimi, memorandumun bu müddəalarında yer alan prinsiplər sənədə imza atmaqla öhdəlik götürən ölkələr tərəfindən pozulub. Rusiya Ukrayna ərazisini işğal və ilhaq edib, ABŞ və Böyük Britaniya isə işğalın qarşısının alınması üçün heç bir əməli addım atmayıblar. O cümlədən memoranduma bəyanatla qoşulan Çin və Fransa da Ukraynanın müdafiəsi üçün əməli tədbirlər həyata keçirməyiblər”.

E.Mirzəbəyli vurğulayıb ki, bütün hallarda ərazi bütövlüyü məsələsinin dünyanın hegemon gücünün lideri tərəfindən dilə gətirilməsi müsbət hadisədir:

“Əgər Vaşinqton beynəlxalq hüququn prinsiplərinə uyğun hərəkət edərək dövlətlərin ərazi bütövlüyünə təhlükə yaradan amillərə qarşı əməli tədbirlər həyata keçirəcəksə, o zaman dünyada tamamilə yeni bir mənzərə ortaya çıxacaq. Bu, həmçinin, dünya dövlətlərinin əhəmiyyətli hissəsinin ABŞ-ın cinahında yer almasına zəmin yaradar. Əks təqdirdə Ukrayna ilə bağlı presedentdən uzağa gedə bilməz”.

Analitik qeyd edib ki, Donald Tramp Ukraynadan Cənubi Çin dənizinədək deyəndə çox güman ki, İraqdakı kürd muxtariyyətinin keçirmək istədiyi referendumu və Şimali Koreyanın Cənubi Koreyanı işğal etmək cəhdlərini də nəzərdə tutub:

“İraqın ərazi bütövlüyünün pozulmasına zəmin yaradan amil, orada kürd muxtariyyətinin yaradılması da ABŞ-ın hərbi müdaxiləsi nəticəsində baş verib. Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində baş verən hadisələr, burada yerləşən dövlətlərin ərazi bütövlüyünə yaranan təhlükə də ABŞ və müttəfiqlərinin müdaxiləsi nəticəsində yaranıb. Amma qeyd edim ki, bu yanaşma müəyyən qədər yarımçıqdır. Çünki dünya Ukraynadan Çin dənizinədək ərazidən ibarət deyil. Sadə məntiqlə belə anlaşılır ki, digər ərazilərdə, məsələn İspaniyada katalonların separatçı hərəkətlərinə göz yummaq olar”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı Ukraynadan Cənubi Çin dənizinə qədər ərazidə olan ölkələrin suverenliyinin qorunmalı olduğunu bildirib.

Tarix
2017.09.21 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla