Yuxarı

Azərbaycanda Rusiyaya məhəbbət... - Məqalə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rossiyskaya qazeta - Sankt-Peterburq” nəşrində “Rusiyaya məhəbbətlə. Azərbaycanda rus dilinə maraq artır” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiya ilə əməkdaşlığından, Azərbaycanda “Rus dilinin intensiv öyrənilməsi” layihəsindən söhbət açılır.

Bildirilir ki, cari tədris ilində rus dili Bakı şəhərinin 35, ətraf qəsəbə və kəndlərin 15 məktəbində tədris olunacaq. Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov qəzetə müsahibəsində Sankt-Peterburq ilə Azərbaycan arasında əlaqələrin yeni inkişaf impulsu alacağını qeyd edərək deyib: “Müasir şəraitdə rus dilinin tədrisi təkcə ixtisaslı müəllimlərə, dərsliklərə və əhali arasında rus dili biliklərinə tələbatla bağlı deyil, çünki respublikada bütün bunların hamısı mövcuddur. Lakin bu günün tələblərinə də cavab verməyi bacarmaq lazımdır. Xüsusən yeni təhsil standartlarını işləyib hazırlamaq üçün yeni metodik vəsaitlərin olması vacibdir ki, rus dilini mənimsəyən azərbaycanlılar Rusiyanın elmi, iqtisadi və mədəni kontekstinə daxil ola bilsinlər. Bu, həm Sankt-Peterburqun filoloq-rusistlərinin, həm də pedaqogika, psixologiya, şərqşünaslıq sahəsində çalışan mütəxəssislərin yaradıcılıqlarına geniş meydan açır”.

Ekspertlərin fikrincə, digər mühüm problem tədris-metodik materialların rəqabətqabiliyyətliliyidir. Qloballaşma şəraitində əsas ideologiyası əksər hallarda gəlir əldə etmək və müəyyən dünyagörüşü istiqamətində cəmləşən transmilli kitab nəşriyyatı korporasiyalarının fəallığı hiss olunur. Buna görə mütəxəssislərin çoxu hesab edir ki, tədris prosesini maksimum mənimsəmək vacibdir: ələlxüsus humanitar fənlər, rusiyalı və azərbaycanlı müəlliflərin birgə səyləri ilə hazırladıqları dərsliklər vasitəsilə. Bu dərsliklərə iki ölkənin tarixi əməkdaşlığına, iqtisadi və mədəni əlaqələrin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair materiallar daxil edilə bilər. Məsələn, humanitar elmlərə aid dərsliklərə rus müəlliflərinin (klassiklərin, eləcə də müasirlərin) Şərq mövzusuna həsr olunmuş mətnlərini daxil etmək, rus və Azərbaycan ədəbiyyatında oxşar hadisələrin müqayisəsini aparmaq, xalqlarımızın həyatında birləşdirici əsasların axtarılması üçün müntəzəm olaraq Azərbaycanın rusdilli yazıçılarının yaradıcılığına aid xülasələr hazırlamaq olar.

Qəzet yazır ki, ruslar Azərbaycanda 200 ildən çoxdur yaşayırlar, bu gün respublikadakı rus icması Cənubi Qafqazda ən çoxsaylı icmadır. Rusiya XİN-in məlumatına görə, Azərbaycanda rus dilini bilənlərin sayı ölkə əhalisinin 70 faizini təşkil edir ki, bu da 5,5 milyon insan deməkdir. Respublikada rus dilində qəzet və jurnallar, elmi və bədii ədəbiyyat dərc edilir, televiziya və radio proqramları yayımlanır. Rus dili və mədəniyyəti mərkəzi, “Rus kitabı evi” fəaliyyət göstərir, elmi və bədii yaradıcılıq inkişaf etdirilir.

Hazırda 683 məktəbəqədər müəssisədə ünsiyyət rus dilindədir, 379 ümumtəhsil məktəbində tədris həm rus dilində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Azərbaycan məktəblərində ümumilikdə yarım milyon uşaq rus dilini xarici dil kimi öyrənir. Bu dil ingilis, alman və digər Avropa dilləri kimi geniş istifadə olunur. Bəzi məktəblərdə isə rus dili dərinləşdirilmiş şəkildə tədris olunur.

Bu orta məktəblərin məzunları gələcəkdə həm Rusiyanın, həm də Azərbaycanın ali məktəblərində təhsillərini həvəslə davam etdirirlər. Ənənəvi rusistika mərkəzlərindən - Bakı Slavyan Universiteti və Bakı Dövlət Universitetindən başqa, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında, Azərbaycan Dillər Universitetində, Naxçıvan və Gəncə Dövlət universitetlərində rus dili və ədəbiyyatı bölmələri yaradılıb. İki il əvvəl isə respublikanın paytaxtında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı ilk tələbələrini qəbul etməyə başladı.

Maraqlıdır ki, bu təhsil müəssisələri təkcə rus dili müəllimi hazırlamır, həm də müasir əmək bazarının tələbatını nəzərə alırlar. Buna görə də burada filoloq-ölkəşünas, tərcüməçi, jurnalist, tədrisin rus dilində olduğu məktəblər üçün psixoloqlar hazırlayırlar.

“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisovun sözlərinə görə, rus dili bu gün Azərbaycanda de-fakto ikinci ünsiyyət dilidir. V.Denisov qeyd edir: “Ölkədə rus dilinin öyrənilməsi üzrə uzun illərdən bəri qoyulmuş böyük və sistemli iş aparılır”.

Bu fikirlə razılaşmamaq mümkün deyil. Azərbaycanda Milli Məclisin deputatı Mixail Zabelinin uzun illərdir uğurla rəhbərlik etdiyi Rus İcması fəaliyyət göstərir. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycana səfər etmiş Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov ölkədəki Rus İcmasının nümayəndələri ilə də görüşüb. Bu gün respublikada çoxsaylı pravoslav kilsələri fəaliyyət göstərir, təkcə Bakıda üç məbəd var. Habelə Gəncədə Aleksandro-Nevski kilsəsi, Xaçmazda “Müqəddəs möcüzəvi Nikolay” kilsəsi, Sumqayıtda Müqəddəs Serafim Sarovskinin şərəfinə ibadət evi mövcuddur. Bu məbədlərin nəzdində üç pravoslav məktəbi fəaliyyət göstərir. Lakin pravoslav ənənəsinə, rus mədəniyyətinə marağı təkcə etnik ruslar göstərmir.

Ekspertlər qeyd edirlər ki, əcnəbi dildə təhsilin inkişafında şagirdlərin həvəsləndirilməsinin mühüm rolu var. Bu həvəsləndirmə nə qədər yüksək olarsa, ölkələrimiz arasında əməkdaşlıq da bir o qədər sıx və səmərəli olar. Rus dilinə gəldikdə isə burada yerli azərbaycanlıların dost xalqa səmimi rəğbəti özünü göstərir.

Sultan Qasımov deyir: “Azərbaycan postsovet məkanında rus dilinə bu cür diqqətlə yanaşan yeganə ölkədir. Bizdə rus dilində təhsilin aparıldığı 350-dən çox məktəb var ki, bu, heç də az deyil. Əlbəttə, bütün bunlar boş yerdən deyil, Rusiyaya böyük məhəbbətdən irəli gəlir”.

Tarix
2017.10.18 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla