Yuxarı

"Reket"lərlə mübarizə: Media kapitanları danışdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Reket jurnalistikası" və bu amillə mübarizə illərini peşəkar jurnalistikaya həsr edən, habelə "jurnalistlərin" əməlindən zərər çəkən hər kəsi narahat edir. Vaxtaşırı reketlik fəaliyyəti ilə məşğul olan şəxs və ya media orqanlarının inzibati üsulla cəzalandırılması və ya cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, bir çoxları hələ də jurnalist peşəsinə xələl gətirməkdə davam edir.

Bəs bununla necə mübarizə aparmalı? Bu sualla media kapitanlarına müraciət etdik.

"Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı hesab edir ki, burada inzibati amillərdən istifadə olunmalıdır: "İndi qanunlar, reallıq imkan verir ki, istənilən şəxs - hətta Jurnalistika fakültəsini bitirməyib, ixtisasca jurnalist deyil, başqa bir sahənin insanı çox rahat şəkildə 40 manat ödəməklə bir domen qeydiyyatdan keçirərək evində, mətbəxində oturub çay içə-içə bir noutbuku dizinin üstünə qoyaraq, özünü sayt yaratmış bir insan, jurnalist kimi təqdim edə bilir. Axtarışa verəndə də, axtaranda da onların heç bir qeydiyyat ünvanları, işlədiyi bir redaksiya, ofis ünvanı, əlaqə telefonları yoxdur. Mən düşünürəm ki, mediaya aid müvafiq qanunlar var, o qanunlardakı bəzi müddəaları daha da sərtləşdirməklə bunun qarşısını mümkün qədər almaq olar".

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da reket jurnalistikanın cəmiyyətə geniş sirayət etməsindən təəssüflənir: "Reket jurnalistikası" bir bəladır, Azərbaycan mediasını, xəbər məkanını çirkləndirən bir faktordur. Çox təəssüf ki, get-gedə bu faktor güclənir. Öhdəsindən gələ bilmirik, açıq etiraf eləyim. Hətta inzibati metodlar belə onları sıradan çıxara bilmir. Münbit bir mühit tapıblar. Bilirsiniz ki, sayt açan kimi, bir işçisi olan kimi bir immunitet yaranır. Guya ki, jurnalist olurlar və bunlara qarşı beynəlxalq dərəcədə qınaq mexanizmi ortaya çıxır. Heç kəs bilmir ki, Azərbaycanda inzibati metoda məruz qalan filan sayt əslində reket saytıdır. Normal media bir cəbhə şəklində bunlara qarşı mübarizə aparmalıdır. Hakimiyyətin müvafiq strukturları özü bir təşəbbüs göstərməlidir".

"APA Holding"in prezidenti Vüsalə Mahirqızının qənaətincə, agentliklər saytlara, portallara rəqib deyil: "Digər saytlar isə bir-birinə rəqib kimi baxırlar və haqlı olaraq bir-birinin özəl xəbərlərini, reportajlarını və hətta anormal bir şey var, köşə yazılarını belə götürüb başqa saytdan yayırlar. Bu qəbulolunmaz bir şeydir və mən hesab edirəm ki, medianın içərisində bunu ictimai qınaq şəklində elə bir həddə çatdırmalıyıq ki, mətbuat orqanları bunu eləməkdən, çox sadəcə, utansınlar. Qısa şəkildə desək, özlərinə bunu yaraşdırmasınlar. Mən bəzi istehsalçı saytların rəhbərləri ilə də bu mövzuda diskussiyalar aparmışam. Hansı saytlar ki, istehsalla məşğuldurlar, onlar bununla razıdırlar. Dünyanın hər yerində aqreqator saytlar var. Onlar da digər saytların məlumatını yaymırlar. Onlar yeni informasiya agentliyindən gələn xəbərləri bir yerə toplayır və aqreqator sayt kimi fəaliyyət göstərirlər. Mən hesab edirəm ki, ciddi media orqanları arasında belə bir anlaşmanın olması yalan xəbərin yayılmasına və həmçinin reket medianın müəyyən qədər məhdudlaşmasına və belə deyək, onların çörəyinə yağ çəkilməməsinə səbəb olacaq".

APA

Tarix
2017.11.17 / 18:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla