Yuxarı

Sovet imperiyasının Bakıda törətdiyi... - Müşavir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Lakitelek Xalq İnstitutu və İctimai-siyasi transformasiya İnstitutunun birgə təşkilatçılığı ilə “XX əsrin 80-ci illərinin sonlarında dövlət quruluşlarının dəyişməsinin elmi analizi” adlı elmi-praktik konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfransda Macarıstan parlamentinin sədr müavini, Lakitelek Xalq İnstitutunun rəhbəri Şandor Lejak, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin müşaviri Zaur Şükürov “Sovetlər Birliyinin süqutundan sonra Azərbaycanda cərəyan edən ictimai-siyasi və sosial-iqtisadi proseslər: keçid dövrünün problemləri və dinamik inkişaf edən müasir Azərbaycan” mövzusunda çıxış edib.

Zaur Şükürov Sovet İttifaqının son illərində respublikamızda gedən proseslər, 80-ci illərin sonlarında ölkəmizdə yenidən baş qaldırmış mənfur erməni separatizmi, xalqımızın milli-azadlıq ruhunun oyanışı, sovet imperiyasının öz həqiqi üzünü nümayiş etdirərək Bakıda törətdiyi Qanlı Yanvar hadisələri barədə məlumat verib. Həmçinin 1991-ci ildə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdikdən sonra baş verən hadisələrdən, Ermənistanın işğalçılıq siyasətindən, müstəqilliyimizin ilk illərində respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında müşahidə edilən və Azərbaycan dövlətçiliyinə təhlükə yaradan proseslərdən, ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, müstəqilliyimizin qorunub saxlanılmasındakı xidmətlərindən söz açıb.

Səfirliyin müşaviri bildirib ki, ulu öndər Heydər Əliyev siyasi kursu 2003-cü ildən etibarən xalqın dəstəyi ilə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin dövrdən başlayaraq Azərbaycan dinamik inkişaf mərhələsinə keçib və balanslaşdırılmış, sülhsevər, ölkənin hərtərəfli inkişafı və xalqın rifah halının yüksəldilməsinə istiqamətlənmiş daxili və xarici siyasət yürüdülür. Öz milli maraqlarını müdafiə etmək iqtidarında olan, müstəqil siyasət yürüdən Azərbaycan mühüm uğurlara imza atıb, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub.

Həmçinin ölkəmizin bilavasitə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP kimi irimiqyaslı qlobal enerji və nəqliyyat layihələri barədə məlumat verilib, Azərbaycanın artıq özünü etibarlı tərəfdaş kimi sübut etdiyi, yaxın gələcəkdə enerji ehtiyatlarını birbaşa olaraq Avropaya nəql edəcəyi, bununla da təkcə özünün və yerləşdiyi regionun deyil, həm də Avropanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rol oynayacağı vurğulanıb.

Son illər Azərbaycanın dünya miqyasında multikulturalizm mərkəzinə çevrildiyini deyən Zaur Şükürov ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə beynəlxalq tədbirlərə, humanitar forumlara, habelə beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini bildirib, sabitlik hökm sürən Azərbaycanda bütün xalqların nümayəndələrinin dinc və mehriban yaşadıqlarını diqqətə çatdırıb.

Çıxış zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə də toxunulub. Bildirilib ki, Ermənistan 20 ildən artıqdır Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, 20 faiz torpağını işğal altında saxlayır. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, həmin ərazilərdəki tarixi abidələrimiz məhv edilib. BMT, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul edib, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilə biləcəyi vurğulanıb.

Tarix
2017.12.16 / 00:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla