Yuxarı

Avropa ABŞ-a qarşı Rusiya ilə birləşir? - Mümkün ssenari

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diplomatik müstəvidə Rusiya və Avropa arasında müəyyən əməkdaşlıq ola bilər. Çünki həm Avropa tərəfi, həm Rusiya İranla sazişdən çıxmağın tərəfdarı deyil. Hər iki tərəf sazişin qüvvədə qalması ilə bağlı müəyyən işlər görmək niyyətindədir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Moskvanın Avropadakı tərəfdaşları ilə ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasının neqativ nəticələrini minimallaşdırmağa çalışacağı barədə açıqlamasını şərh edərkən deyib. Politoloq bildirib ki, praktiki səviyyədə sanksiyaların təsirini azaltmaqla bağlı Rusiyanın Avropadakı tərəfdaşları ilə birgə fəaliyyəti hazırda mümkün deyil:

"Çünki Rusiyanın özünə də sanksiyalar tətbiq olunur. Əgər Rusiya bacarsaydı, özünə qarşı tətbiq olunan sanksiyalarla bağlı əməli işlər görərdi. O, bunu ya edə bilmir, ya da etmək iqtidarında deyil”.

Politoloq vurğulayıb ki, bəzi fikirlərin səsləndirilməsi ilə onun həyata keçirilməsi fərqli anlayışlardır: “Rusiyanın bu istiqamətdə hansı əməli addımlar atacağından çox şey asılıdır. Yalnız bundan sonra sonra bu əməkdaşlığın olub-olmayacağını demək olacaq”.

Fəlsəfə doktoru Elxan Ələsgərov isə belə bir əməkdaşlığı mümkün sayıb:

“Məsələ ondadır ki, Rusiya Suriya məsələsində faktiki olaraq, İranla birgə fəaliyyət göstərir. Eyni zamanda, bəzi proyektlər Rusiyanı İranla bağlayır. Digər tərəfdən, Rusiyanın neft şirkətləri Trampın nüvə razılaşmasından çıxmaqla bağlı qərarından sonra İranla müqavilə imzalayıb. Bu anlaşmalara görə, Rusiya neft şirkətləri İranla birgə fəaliyyət göstərəcək. Tramp bu sazişdən çıxmaqla yanaşı, İrana qarşı köhnə sanksiyaların bərpa ediləcəyini və yenilərinin tətbiqini anons edib. Buna qarşı qabaqcadan Avropa və Rusiya yeni tədbirlər görmək niyyətindədir. Yəni İrana qarşı tətbiq olunacaq sanksiyalar zamanı İranla əməkdaşlıq edən Avropa və Rusiya şirkətləri birgə addımlar ata bilər. Rusiya Prezidenti Vladimir Putinin Fransa və Almaniya prezidentləri ilə bu yaxınlarda baş tutan görüşü də ondan xəbər verir ki, Rusiya bu ölkələrlə birgə əməkdaşlıq etmək niyyətindədir. Yəni onlar bir çox sanksiyalardan öz iqtisadi münasibətlərini qorumağa çalışacaqlar”.

Tarix
2018.05.26 / 08:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla